Praqada Yeni İl yarmarkası fəaliyyətə başlayır
22 NOYABR

Praqada Yeni İl yarmarkası fəaliyyətə başlayır

Artıq Yeni İl bayramına bir aydan bir qədər çox vaxt qalıb . Əksər ölkələr bayrama xüsusi təmtəraqla hazırlığa başlayıb. Yeni İl bayramında xüsusi gözəlliyi ilə seçilən Avropa şəhərlərindən biri də Çüxiyanın paytaxtı Praqadır. Bu şəhərdə artıq bayram hazırlıqlarına başlanılıb.

Praqada yerləşən “Dünya” meydanında artıq ilk Yeni İl yarmarkaları işə başlayıb. Digər bayram yarmarkaları isə növbəti həftədə işə başlayacaq. Ən böyük yarmarka “Starometsk” meydanında yerləşəcək. Bundan əlavə paytaxt Praqada xüsusi fermer yarmarkaları da tezliklə işə başlayacaq. Həmçinin bayram atributu olan Şam ağacları da bəzədiləcəkdir. Ölkənin ən böyük və ən əsas bayram şam ağacını isə 26 noyabrda “Starometsk” meydanında quraşdırılacaqdır. Ağacın hündürülüyü 31 metrə olacaqdır. Şam ağacı dekabr ayının sonlarından 6 yanvara kimi adı çəkilən meydanda olacaqdır. Hər axşam saat 6-nın yarısından 20:30 kimi musiqi və işıqlar şam ğacını daha da zənginləşdirəcək. Bundan başqa Respublika və Tılovo meydanlarında da yarmarkalar fəaliyyət göstərəcəkdir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır