Həftə sonu hara gedək? – İSTİQAMƏTLƏR, QİYMƏTLƏR
24 NOYABR

Həftə sonu hara gedək? – İSTİQAMƏTLƏR, QİYMƏTLƏR

Həftə sonu yaxınlaşır bu isə o deməkdir ki, istirahət günlərinə də az qalıb. Yeni iş həftəsinə gümrah başlamaq təbii ki, həftə sonunda yaxşı istirahət etməkdən çox asılıdır. Fins.az həftə sonu gedə biləcəyiniz yerləri və onların qiymətlərini təqdim edir.

“Qəbələ-Tufandağ”

“Pandora” turizm şirkəti səyahəti sevənlər üçün bir günlük  “Qəbələ-Tufandağ”a tur təşkil edir. Tur həftənin bazar günü olacaqdır. Tura daxildir vip transport, bələdçi xidməti, səhər yeməyi, çay süfrəsi, ekskursiyalar hədiyyəli viktarinalar, karaoke və fotoçəkiliş . Turun bir nəfərlik qiyməti 24 manatdır.

Qeyd edək ki, əgər tura qrup halında 11 nəfər qatılsa onda 11-ci şəxs turdan pulsuz istifadə edə bilər. Daha az qruplara xüsusi endirimlər edilir. Həmçinin ailə üzvlərinin sayına uyğun olaraq endirimlər də ola bilər.

“Şəki-Qəbələ”

“Turda Az” bazar günü “Şəki – Qəbələ”yə səyahət təşkil edəcək. Tur zamanı Şəki Xan sarayı, Karvansaray və Sənətkarlar evini görmək şansı əldə etmiş olacaqsız. Qeyd edək ki, muzeylərə giriş pulludur. Biletin qiyməti isə 2 manatdır. Həmçinin səfər zamanı Qəbələni də gəzmiş olacaqsız. Burada Tufandağda kanatdan istifadə edə bilərsiz. Kanat üçün isə 10 manat ödənməlidir. Qeyd edək ki, Qəbələdə qış mövsümü başlamadığından xizəklər istifadəyə verilmir. Turun qiyməti 23 manatdır.

“Şəki-Qəbələ”

“Atlas travel” Şəki və Qəbələyə tur təşkil edir. Tur bazar günü baş tutacaq. Səyahət zamanı Şəki muzeylərini gəzə, Qəbələdə isə kanatdan istifadə etmək olar. Kanatla Qəbələnin gözəlliyini bir də yuxarıdan seyr etmiş olacaqsız. Tura daxildir:bələdçi, fotossesiya, çay süfrəsi. Tura qoşulmaq istəyənlər səhər 7-nin yarısı N.Nərimanov metrosunun qarşısına toplaşmalıdır. Turun qiyməti 23 manatdır.

Uzaq səfərləri sevməyənlər isə bu şənbə və bazar gününü filmə tamaşa etməklə keçirə bilərlər. Amma filmə evdə yox kinoteatrlarda etsələr daha yaxşı olar. Çünki kinoteatrlarda onları yeni filmlərin premyerası gözləyir. Axı heç də hər gün yerli televiziya kanallarında yeni filmlərə tamaşa etmək olmur.

“İkinci şans” premyera

“Metro park” ticarət mərkəzində yerləşən “Park Cinemada” həftənin şənbə günü “İkinci şans” adlı türk filminin premyerası olacaq. Filmə biletlərin böyüklər üçün qiyməti 6.50,  uşaqlar üçün isə 5.20- dir.

“Son məktub”

Bundan başqa Nizami Kino mərkəzində türk filmləri günü keçirilir. Filmlərə giriş pulsuzdur. Şənbə günü 26 noyabrda isə Türkiyə istehsalı olan “Son məktub” filminə baxa bilərsiz. Filmin nümayişi saat 15-də olacaqdır.

Tarix muzeyi

Huawei şirkəti "Gözəl Mədəniyyət" layihəsi çərçivəsində bu həftənin Cümə günündən Bazar gününə qədər 25-27 noyabr tarixlərində  Milli Azərbaycan Tarix Muzeyində "Açıq Qapı" günləri elan edir.Muzeyə giriş pulsuzdur.

“Plastilin zooparkı”

Flexa Baku  Plastilin zooparkı adlı tədbir keçirəcək. Burada uşaqlarınız plastilindən müxtəlif əyləncəli oyunlarda iştirak edəcək. Həmçinin müxtəlif növ heyvan fiqurları hazırlayacaqlar. Biletin qiyməti 15 manatdır. Qeyd edək ki, valideynlər özləri üçün ödəniş etmirlər. Uşaqlar oynayan zaman valideynlər onlar üçün ayrılmış məkanda əyləşib övladlrına tamaşa edə bilərlər. Ümumilikdə tədbirin vatxı 1 saatı əhatə edir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır