Türk Hava Yollarından İstanbul endirimləri – QİYMƏT
25 NOYABR

Türk Hava Yollarından İstanbul endirimləri – QİYMƏT

Türk Hava Yolları ilə İstanbula vergilər daxil 109avrodan başlayan qiymətlərlə səyahət edə bilərsiz.

Buna əlavə olaraq Türk Hava Yolları, Türkiyədən Azərbaycana gələn turist sayısının artırılması məqsədi ilə İstanbul çıxışlı biletlər üçün də endirim kampaniyasını tətbiq etməyə başlamışdır.

Gəncə-İstanbul-Gəncə                                                           109 Avro

Naxçıvan-İstanbul-Naxçıvan                                                   109 Avro

Bakı-İstanbul-Bakı                                                                 159  Avro

İstanbul-Gəncə-İstanbul                                                         129 USD

İstanbul-Naxçıvan-İstanbul                                                     129 USD

İstanbul-Bakı-İstanbul                                                           179 USD

Şərtlər:

Satış Müddəti: 28 Noyabr 2016 – 18 Dekabr 2016

Səyahət Müddəti: 8 Dekabr  2016 – 31 Mart 2017

Baqaj haqqı: 30 kq.

Qeyd: Biletlər, səyahətin başlanğıc günündən 10 gün əvvəl alınmalıdır.

Bundan başqa 30 kq baqajı şəhər mərkəzindən Atatürk hava limanına aparmaq qayğısını da aradan qaldırdıq. Belə ki, MiniPort xidməti sayəsində baqajı Taksim ofisimizə təhvil verib hava limanında təhvil almaq mümkündür( və ya əksinə). Sərnişinlər indi MiniPort ofislərində və ya müqavilə olan otellərdə öz baqajını qoya bilər və uçuşdan əvvəl gün ərzində rahatca gəzə bilərlər.

MiniPort Baqaj xidməti necə işləyir?

  • Sərnişin MiniPort ofisimini ziyarət edərək oradakı işçiyə uçuşu barədə məlumat verməlidir.
  • Ehtiyac olarsa, online qeydiyyat həyata keçiriləcəkdir və baqajın qəbul edilməsi haqda qəbz təqdim olunacaqdır.
  • Sərnişinin baqajı Taksimdə və ya müqavilənin mövcud olduğu oteldən Hava Limanının metro hissəsində yerləşən MiniPort ofisinə qədər çatdırılacaqdır.  
  • Sərnişin Miniport ofisindən baqajını götürdükdən sonra Hava Limanının qeydiyyat masalarına təqdim edərək boarding kartını alacaqdır.
  • Taksim Miniport ofisindən hər gün 3 fərqli saatda shuttle xidməti mövcuddur:

1-ci Gediş: 9.00

2-ci Gediş: 13.30

3-cü Gediş: 18.30

Əlavə məlumat üçün miniport.istanbul/en səhifəsini ziyarət edə bilərsiz. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır