Moskvada pulsuz olan, Bakıda 1 manatadır
25 NOYABR

Moskvada pulsuz olan, Bakıda 1 manatadır

Azərbaycanda qonaq olmuş Rusiyalı ailənin ailənin internetdə paylaşdığı Azərbaycanla bağlı maraqlı bir fakta rast gəldik.

Fins.az-ın verdiyi məlumata görə, turistlər Heydər Əliyev Beynəlxalq Hava Limanına şəxsi avtomobilləri ilə daxil olublar. Limanın gözəlliyini qeyd edən cütlük, bir şəkil çəkdirəndən sonra aeroportun ərazisini tərk etməyə çalışıblar. Ümumi olaraq hava limanın ərazisində 10 dəqiqə vaxt keçiriblər.

Çıxışda onlar bir manat dəyərində "parking" pulu verməli olublar və bundan heç də razı qalmayıblar.  "Bir manat böyük məbləğ deyil. Lakin niyə sizin şəhərdə dünya təcrübəsi olan "ilk 15 dəqiqə pulsuz" qaydası tətbiq olunmur? Bizim Moskva aeroportlarında: "Domodedovo", "Şeremetyevo", "Vnukovo"-da bu çox geniş yayılmış təcrübədir"-deyə onlar narazılıqlarını bildiriblər.

Mənbə: Azeri Today

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır