Budapeştdə harada alış-veriş etmək olar?
25 NOYABR

Budapeştdə harada alış-veriş etmək olar?

Son 20 ildə Macarıstanın paytaxtı Budapeştdə alış-veriş məkanlarının sayı iki dəfə artıb. Bir neçə il ərzində dünyanın bir çox məşhur brendlərinin dükanları Budapeştin mərkəzlərində yer alıb. Həmçinin bir-birindən böyük ticarət mərkəzləri də Budapeştin mərkəzi küçələrində yer alıb. Şəhərdə böyük ticarət mərkəzləri ilə yanaşı bazarlar da fəaliyyət göstərir. Ümumilikdə Budapeştdə 6 bazar var. Bu bazarlar şəhər mərkəzindən bir qədər aralıda yerləşir. Bazarların əsas özəlliyi bu yerlərdən daim təzə meyvə tərəvəzi almaq mümkündür. Vörösmarty və  Deak meydanları arasında bir xətt boyunca biznes mərkəzləri yerləşir. Mərkəz  Fashion Street adlanır. Burada dünyanın ən məşhur geyim brendləri təmsil olunur.

Ümumiyyətlə ticarət mərkzələri Budapeştlilərin ən çox sevdiyi məkanlardan biridir. Bunun da öz səbəbləri var. Belə ki, ticarət mərkəzləri şəhərin  mərkəzlərində yerləşir. Bundan başqa bu mərkəzlərdə ticarət obyektlərindən tutmuş restoran və kafelər var. Hətta ilk ticarət mərkəzi fəaliyyətə başladıqdan sonar digər dükan sahibləri ticarət mərkəzlərinə köçməyə məcbur olublar. Çünki insanların əksəriyyəti alış-veriş üçün yalnız bu obyektlərə üz tuturlar.

“West End” ticarət mərkəzi

Şəhərin Qərb dəmir yolu vağzalının yaxınlığında yerləşən mərkəz daim şəhər sakinləri tərəfindən ziyarət olunur. “West End”-də 400 dükan var. Bu mağazalar arasında Media Markt, H&M, C&A, Debenhams, Maks&Spencer, Mango, Pull&Bear, Bershka, Next, Douglas, Marionnaud kimi məşhur brendlərin dükanları təmsil olunur. Həmçinin mərkəzdə kazinolar da var. West End Budapeştin ən böyük ticarət mərkəzidir. Ticarət mərkəzinin ərazisi 2000 kvadrat metrdir. Mərkəzin avtodayanacağında eyni vaxtda 1500 –dən çox maşın park edə bilər. Ticarət mərkəzi 1999-cu ildə tikilib.

“Mammunt Plaza”

Ticarət mərkəzində 300 dükan fəaliyyət göstərir. Burada Levi's, ECCO, ARONDesignStore, Bershka, Gant, EstéeLauder, H&M, Benetton, Women'Secret kimi məşhur brendlər təmsil olunur. Mərkəz ən yaxşı ticarət mərkəzlərdən sayılır. Budapeştin Peşta mərkəzindən ticarət mərkəzinə getmək daha asandır. “Mammunt Plaza” 1998-ci ildə tikilib və iki mərtəbəlidir. İkinci mərtəbə 2001-ci ildə təhvil verilib. Ərazisi 105 min kvadrat metrdi. Ticarət mərkəzinin dayanacağında 1200 avtomobil eyni zamanda park edə bilər. Ticarət mərkəzinin birinci mərtəbəsində geyim dükanları qızıl mağazaları kosmetik dükanlar yerləşir.  İkinci mərtəbədə isə əyləncə mərkəzləri, kafe, restoranlar həmçinin kinoteatr yerləşir. Ticarət mərkəzi “Sel-Kolman” meydanın yaxınlığında yerləşir. Şəhər mərkzindən ticarət mərkəzinə 4 və ya 6 nömrəli tramvayla getmək olar.

“Arena Plaza”

Ticarət mərkəzində 200 – dən çox dükan var. Mağazalarda Zara, H&M, Max Mara məşhur brendlərin məhsulları yer alıb. Plazada ticarət mərkzələri də yer alıb. Ancaq qeyd edək ki, ticarət mərkəzinə yerli vətandaşlar əsasən meyvə-tərəvəz almaq üçün gəlirlər. Buna səbəb ticarət mərkəzinin 3-cü mərtəbəsində “Tesco” adlı böyük dükanın olmasıdır. “Arena Plazada” saç ustalarından tutmuş ayaqqabı ustalarına kimi xidmət göstərən şəxlər çalışır. Körpə uşaqlı analar üçün isə xüsusi  otaqlar var hansı ki, gənc analar bu otaqlarda övladlarına süd verə və ya onların geyimlərini dəyişə bilərlər.

Budapeştin bazarları

Budapeştə daxili nümayiş zalları 1890-cı ildə tikilib. Bu dövrlərdə Budapeşt özünün inkişaf dövrünü yaşayırdı. Üstü açıq bazarlarda geniş yayılmış ticarət yerləri idi. Budapeştə  getsəz mütləqdi ki, mərkəzi bazara baş çəkməyi unutmayın. Mərkəzi bazar zalı “Központi Vásárcsarnok” Vaçi küçəsinin sonunda Fovam meydanının yanında yerləşir.

Budapeştin ticarət küçəsi – “Vaci utca”

18-ci əsrin sonlarına yaxın “Vaçi” küçəsi ölkədə ən məşhur küçələrdən biri oldu. Orta əsrlərdə küçənin uzunluğu 1300 metrə olub. Bu uzunluq bütün şəhər boyudur. Küçə iki hissədən ibarətdir şimal və cənub hissələrdən. Küçənin şimal hissəsində bütün tikililərin birinci mərtəbəsi mağzalardan ibarətdir. Bu binaların digər mərtəbələrində isə turistlər yerləşir. Küçənin cənub hissəsində isə sakit atmosfer hökm sürür. Burada çoxlu qədimi tikililər yer alıb. Həmçinin kafe və restoranlar küçənin cənub hissəsində yerləşir. Vaçi və ona perpendikulyar olan küçələrin heç birin də avtomobil idarə edilməsinə icazə verilmir. Vaçi yollarında yerli sənətkarların əl işləri satılır.

“Fashion Street”-küçəsi

Küçə 2007-ci ildə fəaliyyətə başlayıb. Məşhur küçə Kempinski və Le Meridien kimi dünya şöhrətli otellərin yaxınlığında yerləşir. Ticarət küçəsi Deak meydanın yaxınlığında yerləşir. 150 metr uzunluğu olan küçədə bir-birindən fərqli restoranlar və dükanlar yerləşir.

“Andraşi” prospekti

Budapeştin ən prestijli dükanları Andraşi prospektində yerləşir. Sön illərdə bu prospektə dünyanın ən məşhur brendlərinin nümayəndəlikləri yer alıb. Burada Burberry, Louis Vuitton, Gucci, Ermenegildo Zegna, YSL, Giorgio Armani, Hubli, Sinequanone, Madison, Boggi, Capsula, Baci di-Stile, Ferragamo, Christian Dior, Lanvin kimi məşhur brendlər var.

 “Nagykörut”- bulvarı

Bulvarın uzunluğu 4114 metr eni isə 45 metrdi. Bulvarın tikintisinə 1870-ci ildə başlanılıb. 1906-cı ildə isə bulvarın tikintisi başa çatıb. Şəhərin əsas 4 və 6 nömrəli tramvayları bulvar ərazisindən keçir. İki lyuks oteldə məhz bulvar ərazisində yerləşir.

Qeyd edək ki, Budapeşt ticarət mərkəzlərinin əksəriyyəti səhər saat 9-dan axşam 8-dək çalışır.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır