“Pobeda” Türkiyəyə uçacaq
25 NOYABR

“Pobeda” Türkiyəyə uçacaq

Rusiyanın yeganə Low Cost şirkəti “Pobeda” Türkiyəyə iki istiqamətdə uçuşlar həyata keçirmək istəyir. Bu barədə “Pobeda” şirkətinin baş direktoru Andrey Kalmıkov interfaksa məlumat verib. Şirkət nümayəndəsi Türkiyəyə uçuşlar barədə Rosturizmə müraciət etdiklərini bildirib. Lakin təklifə hələ heç bir cavabın verilmədiyi bildirilir. Əgər “Pobeda” icazə alacağı təqdirdə İstanbulda Atatürk hava limanına deyil S.Gökcən hava limanına uçuşlar olunacağı bildirilir. “Pobeda”nın  Türkiyənin Alanya şəhərinə də uçuşlar etmək niyyətində olduğu bildirilir. “Pobeda” şirkətinin rəsmisi Alanyaya uçuşları daha prespektivli olduğunu və istiqamətlərdə reyslərin mütəmadi olmasını istədiklərini bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır