Bakı Dövlət Sirkinin payız proqramı – FOTOREPORTAJ
28 NOYABR

Bakı Dövlət Sirkinin payız proqramı – FOTOREPORTAJ

 Bakı Dövlət Sirkinin bir ay davam edən “İntersirk-3” payız proqramı sona çatıb.

Proqramda Çili, Rusiya, İtaliya, Belarus, Qvatemala və Ukraynanın dünya şöhrətli sirk ustaları yer alıb, çoxsaylı nömrələr təqdim edilib.

Yeni payız proqramında qeyri-adi illüziya, hava gimnastları, janqlyor, akrobatlar, transformasiya, şən kloun və s. nömrələr tamaşaçılara təqdim olunub. Bu mövsüm təqdim olunan nömrələrdə it, poni, öküz, dəvə, pələng və s. kimi əhlilləşdirilmiş heyvanlarla da rəngarəng nömrələr təqdim edilib.

Qeyd edək ki, proqramda eyni zamanda həmvətənlərimizin - Rusiyanın xalq artisti Rafiq Əliyevin akrobatlar komandası və təlimçi Ələkbər Nəsirovun “ispan” atraksionu da nümayiş olunub.

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır