Rusiyaya gələn əcnəbilərdən barmaq izləri götürülə bilər
28 NOYABR

Rusiyaya gələn əcnəbilərdən barmaq izləri götürülə bilər

2017-ci ildən etibarən Rusiyaya gələn əcnəbi vətəndaşlardan barmaq izləri götürülə bilər. Rusiya Daxili İşlər nazirliyinin birinci müavini Aleksandr Qorovoy bu barədə məlumat verib. Əcnəbilərin barmaq izlərinin götürülməsi təklifini də elə Rusiyanın Daxili İşlər nazirliyi irəli sürüb. Məsələnin Xarici İşlər nazirliyi ilə müzakirə olunması gözlənilir. Qeyd edək ki, hazırda Rusiyaya gələnlər arasında yalnız miqrantlardan barmaq izi götürülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır