Avropada aviabiletlər pulsuz ola bilər
28 NOYABR

Avropada aviabiletlər pulsuz ola bilər

Avropanın ən böyük aviaşirkətlərindən biri olan Ryanair pulsuz uçuşlar planlaşdırır.

Fins.az-ın verdiyi məlumata görə, biletlərin 5-10 ildən sonra pulsuz olacağı gözlənilir. Bu barədə şirkətin icraçı direktoru Maykl O'Liri bildirib. 

"Qarşımızda duran hədəf aviabiletlərin qiymətinin aşağı salınmasıdır. Mən yaxın 5-10 il Ryanair biletlərinin pulsuz olacağı barədə fikirləşirəm". 
O'Liri qeyd edib ki, bu halda bütün reyslər dolmuş olacaq və şirkət aeroportlarda yerləşən mağazalardakı satışlardan qazanmağa başlayacaq. Bu da öz yerində kiçik Avropa aeroportları üçün əlverişlı olacaq.

Qeyd edək ki, İrlandiya loukosteri bu il 119 milyon sərnişin daşımağı planlaşdırır, 2025-ci ilə isə bu axını ildə 200 milyona qaldırmağı hesablayıb. Ryanair biletinin orta qiyməti ötən il 46 avro təşkil edib. O'Lirinin sözlərinə görə, 2017 ilə qiymətlər daha 10-15% aşağı düşəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır