Meksikaya vizanı səfirliyin özü verəcək
29 NOYABR

Meksikaya vizanı səfirliyin özü verəcək

Meksikanın Azərbaycandakı səfirliyi Azərbaycan vətəndaşlarına viza verəcək. Bu barədə səfirliyin nümayəndəsi turizm.fins.az-a açıqlamasında bildirib. Məlumata görə, səfirliyin konsulluq şöbəsində vizaların verilməsi prosesinə hazırlıq işləri tamamlanıb. Bu gün prosesin başlanmasına həsr olunmuş təntənəli mərasim keçiriləcək. Mərasimin səhər saat 11- 12 radələrində baş tutacağı gözlənilir.

Viza rüsumunun dəyəri 35 dollar, multivizanın qiyməti isə 70 dollardır.
Qeyd edək ki, daha əvvəl Azərbaycan vətəndaşlarına viza verilməsi ilə Meksikanın Türkiyədəki səfirliyi məşğul olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır