AZAL Moskva reyslərini artırır
29 NOYABR

AZAL Moskva reyslərini artırır

"Azərbaycan Hava Yolları" (AZAL) Bakıdan Moskvaya, "Vnukovo" Hava Limanına müntəzəm reyslərin sayını artırır. Bundan sonra 2017-ci ilin mart ayından etibarən Heydər Əliyev Beynəlxalq Hava Limanından "Vnukovo" Hava Limanına hər gün iki reys yerinə yetiriləcək.

Müvafiq sazişi AZAL aviaşirkətinin vitse-prezidenti Eldar Hacıyev və "Vnukovo" Hava Limanının baş direktoru Vasiliy Aleksandrov noyabrın 29-da Moskvada imzalamışdırlar.

Heydər Əliyev Beynəlxalq Hava Limanından uçuş yerli vaxtla səhər saat 08:00-da və 16:30-da, Moskvaya eniş - saat 10:10-da və 18:40-da. "Vnukovo" Hava Limanından uçuş yerli vaxtla saat 11:10-da və 19:40-da, Bakıya eniş yerli vaxtla saat 15:00-da və 23:30-da.

Moskvaya reyslər AZALJET aşağı büdcəli brendi altında komfortlu Airbus A319 laynerləri ilə həyata keçirilir.

Hazırda "Azərbaycan Hava Yolları" Rusiyanın dörd şəhərinə müntəzəm reyslər həyata keçirir: "Vnukovo" Hava Limanı ilə yanaşı, AZALJET Moskva "Domodedovo" Hava Limanına, Sankt-Peterburq ("Pulkovo"), Mineralnie Vodı və Kazana reyslər yerinə yetirir. Həmçinin Gəncədən Sankt-Peterburqa müntəzəm aviareys həyata keçirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır