“Azal”dan qiymət artımı ilə bağlı - AÇIQLAMA
29 NOYABR

“Azal”dan qiymət artımı ilə bağlı - AÇIQLAMA

Azərbaycanda reaktiv mühərrik yanacağının və soba mazutunun qiymət artımına baxmayaraq, “AZAL” biletlərin qiymət artımına hazırlaşmır. Şirkətin mətbuat xidmətindən fins.az-a verilən məlumata görə hazırda Azərbaycan Hava Yollarının reysləri üçün aviabiletlərin bahalaşması gündəmdə deyil. Xatırladaq ki, Tarif Şurasının 28 noyabr 16 nömrəli qərarı ilə reaktiv mühərrik yanacağının qiyməti 550 manat/ton, soba mazutunun qiyməti isə 240 manat/ton səviyyəsində müəyyənləşdirilib.
Bu qərar 1 dekabr tarixindən qüvvəyə minir. 

Eləcə də bax: "Azercell" rəhbərindən qiymət artımı – AÇIQLAMASI

Eləcə də bax: Qiymətlər niyə artırıldı? - TARİF ŞURASINDAN RƏSMİ AÇIQLAMA

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır