Bakının ən ucuz hostelindən – REPORTAJ
29 NOYABR

Bakının ən ucuz hostelindən – REPORTAJ

Son zamanlar turizmin inkişafı turizm haqqında düşünməyə vadar etdi. Gələn turistlərin də çoxalması bizdə daha da inam yaratdı. Ona görə dəhostel yaratmaq qərarına gəldik. Bu sözləri “Naftalan guest house”-nın sahibi Məmməd Hüseynov Fins.az-a açıqlamasında bildirib.

Qeyd edək ki, bir müddətdi ki, fəaliyyətə başlayan hostel Bakıda yerləşən hostellər arasında müştərilərinə ən aşağı qiymətlər təklif edir. Qonaq evi İ.Hidayətzadə küçəsi 14-də Montin bazarının yanında yerləşir.

Hostelin 20 otağı var. Əksər otaqların ayrıca sanitar qovşağı var. Hostel müştərilərini pulsuz wifi, səhər yeməyi, məhrəba və sabunla təmin edir.

Otaqlar 1,2,3 və 6 nəfərlikdir. Qeyd edək ki, hosteldə adambaşına bir gün qalmaq 10 manatdır. Bir nəfərlik otaqların qiyməti isə 15 manatdır.

Həmçinin hostel sahibi maddi çətinliyi olan müştərilərə güzəştlərin də olduğunu bildirdi. Hosteldə qeydiyyat xidməti 24 saat fəaliyyət göstərir. Hosteldə ən vacib qaydalardan biri də burada birgə gecələmək istəyən kişi və qadınlardan nigah sənədinin tələb olunmasıdır.

Hostel sahibi Məmməd Həsənov əsasən müştərilərin yay mövsümündə çox olduğunu bildirdi. Həmçinin o ərəb turistlərdən də söz açdı. Sahibkar ərəb turistlərin dəbdəbəli otellərə üstünlük verdiyindən digər hostellər kimi onların hostellərində də ərəb turistlərin gecələmədiyini bildirdi.

Hostel sahibi yay mövsümündən fərqli olaraq hazırda qonaqların sayında iki dəfə azalmanın olduğunu qeyd etdi. Bundan başqa hosteldə azərbaycanlılarında qalmasının mümkün olduğu bildirildi. Hostel sahibi bölgələrdən Bakıya gəzməyə gələnlərin də bu hosteldə qaldıqlarını söylədi. Bundan başqa bölgələrdən Bakıya yarışlara gələn idmançıların da hostelin qonaqları olduğu bildirildi. Məmməd Həsənov hazırda Çexiyadan, Rusiyadan və Hindistandan olan turistlərin hosteldə qaldıqlarını söylədi.

Bu arada Hostelin Hindistandan olan maraqlı qonaqları var idi. Tikam Chand və Dayal Rau adlı şəxslər rəngli kağızlardan  maraqlı güllər hazırlayırdı. Rau artıq iki gündür ki ölkəmizdə olduqlarını və bu bacarıqlarını artıq bir neçə məktəbdə nümayiş etdirdiklərini bildirdi.

Dayal Rau Asiya ölkələrindən tutmuş Cənubi Amerika ölkələrinə qədər olan ölkələrdə gül hazırlamaq sənətini nümayiş etdirdiyini bildirdi. O hətta Papu və  Yeni Qvineya kimi uzaq ölkədə  olduğunu da qeyd etdi.

Azarbaycanlıların qonaqpərvər olduğunu deyən Dayal Rau ölkəmizdə yerləşən hostellərlə yanaşı Avropa ölkərinin hostelləri arasında fərqləri qeyd etdi. O Azərbaycanda hostellərin ucuz olduğunu  amma hostellərdə bir çatışmayan cəhətin olduğunu  qeyd etdi. Rau hostellərimizdə şəhər haqqında yetərincə xəritələrin olmamasından gileyləndi.  O əksər ölkələrdə hostellərdə şəhər haqqında çoxlu xəritələrin və məlumatlandırıcı bukletlərin olduğunu bildirdi. Bakıdan sonra paytaxta yaxın bölgələrə səfər edəcəyini bildirən Rau daha sonra Türkiyə və Rumıniyaya səfər edəcəyini qeyd etdi. Qeyd edək ki, hosteldə gecələyən digər ölkələrdən olan turistlər şəhər gəzintisinə çıxdığından onlarla həmsöhbət ola bilmədik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır