Nazir: “Qədim tikililəri özəl sektora verməyə hazırıq”
30 NOYABR

Nazir: “Qədim tikililəri özəl sektora verməyə hazırıq”

“Ölkədəki bəzi tarixi abidələrin turizmin inkişafı üçün özəl sektora verilməsinə hazırıq. Buyursunlar, müraciət etsinlər. Biz, nazirlik olaraq, onlara istənilən köməkliyi etməyə hazırıq”.

Fins.az-ın xəbərinə görə, bu sözləri Bərdəyə səfəri zamanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. O bildirib ki, bir çox qədim tikililərin bərpası üçün ciddi maliyyə vəsaitinə ehtiyac var: “Məsələn, Goranboyda qədim bir hamam var, hansısa iş adamı müraciət etsin, müqavilə ilə tikilini onun ixtiyarına verək. Amma əsas şərt odur ki, həmin abidənin qədimliyinə, memarlıq üslubuna, tarixi əhəmiyyətinə toxunmadan bərpa işləri aparılsın və turizm üçün istifadə edilsin. Bu sahədə iş qurmaq istəyən istənilən şəxs nazirliyə müraciət edə bilər”.

Eləcə də bax: Bakının ən ucuz hostelindən – REPORTAJ

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır