Tiflisə gələn hər turistdən ödəniş tələb oluna bilər
30 NOYABR

Tiflisə gələn hər turistdən ödəniş tələb oluna bilər

Tiflisə gələn hər turistdən 1 dollar ödəniş ala bilərlər. Bu bəyanatla Gürcüstan parlamentinin deputatı Beka Odişariya çıxış edib.  Təklifə görə Tiflisdə tarixi ərazilərdə yerləşən otellərdə qalan turistlərdən hər gün üçün əlavə 1dollar tələb olunsun. Millət vəkili təklifini bununla əsaslandırıb ki, Gürcüstanın var dövləti onun mədəni irsidir. Məhz buna görə də bu irsi görmək istəyənlərdən simvolik olaraq 1 dollar pul alınmalıdır. Bu sahədən gələn gəlirləri isə elə bu irsi qorumağa sərf etmək lazımdır deyə millət vəkili bildirib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır