Həftə sonu hara gedək ? – İSTİQAMƏTLƏR, QİYMƏTLƏR
01 DEKABR

Həftə sonu hara gedək ? – İSTİQAMƏTLƏR, QİYMƏTLƏR

Həftə sonu yaxınlaşır. Bu həftə həmçinin payızın son ayının həftəsidir. Dekabrın ilk günləri istirahətlə başlayır. Bu günləri yaddaqalan və daha xoş keçirmək üçün Fins.az turlar və tədbirlər haqqında məlumatı oxucularına təqdim edir. 

“Şəki-Qəbələ”

“Turda.az” turizm şirkəti 4 dekabr tarixində Şəki və Qəbələyə səyahət təşkil edir. Tura başlamaq üçün səhər 6:30-da metronun N.Nərimanov stansiyasının qarşısında toplanacaqlar. Saat 07:00-da isə yola düşürlər. Tur zamanı Şəkidə tarixi yerləri görə biləcəksiz. Qeyd edək ki, muzeylərə giriş pulludur. Bunun üçün muzeyə əlavə olaraq 2 manat ödənməlidir. Qəbələdə isə Tufandağa səfər təşkil olunacaq. İstirahət mərkəzində xizəklər hələ ki istifadəyə verilmədiyindən yalnız kanatla gəzinti mümkündür. Kanatdan istifadə üçün ödəniş 10 manatdır. Turun qiyməti isə 23 manatdır və tur bir günü əhatə edir. Qiymətə komfortlu nəqliyyat,  fotosessiya  və səhər yeməyi daxildir. Oturacaq tutmayan azyaşlı uşaqlara görə ödəniş edilmir. 

“Qəbələ”

“İsrafly Travel” turizm şirkəti 4 dekabrda Qəbələyə tur təşkil edir. Səfər zamanı Qəbələdə və Tufandağda olmaq imkanı əldə etmiş olacaqsız. Turun qiyməti 20 manatdır. Qiymətə daxildir Nəqliyyat səhər yeməyi çay süfrəsi fotosessiya . 5 yaşa qədər uşaqların iştirakı pulsuzdur. Həmçinin qrup halında iştirak edən 11-ci adam pulsuzdur. Tura başlamaq üçün  06:30-da Gənclik metrosunun qarşısında toplanılacaq. 

“Şəki-Qəbələ”

Şəki və Qəbələ istiqamətində tur təşkil edən şirkətlərdən biri də “Atlas travel” şirkətidir.  Turizm şirkəti 4 dekabr tarixində Şəki və Qəbələyə səyahət təşkil edir. Tura başlamaq üçün səhər 6:30-da N.Nərimanov metrosunun qarşısında toplaşacaqlar. Saat 07:00-da isə səfərə yola düşürlər. Tur zamanı Şəkidə tarixi yerləri görə biləcəksiniz. Muzeylərə giriş pulludur, bunun üçün əlavə 2 manat ödənilməlidir. Qəbələdə isə Tufandağa səfər təşkil olunacaq. İstirahət mərkəzində kanatdan istifadə 10 manatdır. Turun qiyməti isə 23 manatdır və bir günü əhatə edir. Qiymətə komfortlu nəqliyyat,  fotosessiya  və səhər yeməyi daxildir. Oturacaq tutmayan azyaşlı uşaqlara görə ödəniş edilmir. 11 nəfərlik qrup halında iştirak edənlərə  11-ci şəxs pulsuzdur. 

Qeyd edək ki, dekabrın 15-dən Quba və Qəbələdə Qış mövsümü açıq elan ediləcək. Mövümün açılışdan sonra , bütün turizm şirkətləri həftə sonu turlar təşkil edəcəklərini bildirirlər. 

Qış mövsümünün başlanmasını gözləyənlər isə paytaxtda keçirilən tədbirlərə baş çəkə bilərlər.

“Qış nağılı”

Dekabrn 1-dən Fontanlar bağında  xeyriyyə yarmarkası keçiriləcək. “Soyuq Əllər İsti Ürək” adı altında keçirilən xeyriyyə tədbirində müxtəlif suvenirlər satılacaq. Xeyriyyə yarmarkası yanvarın 15-nə kimi davam edəcək. Hər gün maraqlı musiqili ifalar olacaq. Bundan başqa, həftə sonları məşhur müğənnilərin çıxışı gözlənilir. Yarmarkaya giriş  pulsuzdur. Suvenir və aksesuar satışlarından əldə olunan vəsait isə müalicəyə ehtiyacı olan uşaqlara sərf olunacaq.  

“Fransa incəsənəti”

26 noyabrdan etibarən Milli İncəsənət muzeyində “Fransa İncəsənəti” adlı sərgi açılacaq. Sərgidə 17-ci və 20-ci əsrə aid Fransa mədəniyyətini əks etdirən dekorativ tətbiqi sənədlər, rəsm əsərləri, həmçinin heykəltaraşların əl işləri nümayiş olunacaq. Sərgi həftə içi hər gün səhər 10-dan axşam 5-dək incəsənət sevərlərə qapılarını açıq elan edir. Sərgiyə giriş 2 manatdır və 2017-ci il  yanvarın 26-a kimi davam edəcək. 

“Yeni İl yarmarkası”

3-4 dekabr tarixlərində İSR Plazada “Yeni İl”ə həsr olunmuş sərgi keçiriləcək. Sərgidə əl işlərinin satışları həyata keçiriləcək. Sərgiyə giriş pulsuzdur. Sərgi 11:00-dan 20:00-dək fəaliyyət göstərəcək.

“Gözəl Mədəniyyət"

“Huawei şirkəti "Gözəl Mədəniyyət" layihəsi çərçivəsində bu həftənin cümə günündən bazar gününə qədər 2-4 dekabr  tarixlərində Şirvanşahlar Sarayı Kompleksində "Açıq Qapı" günləri elan edir. Giriş pulsuzdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır