Fərqli ölkələrin fərqli Şaxta babaları
01 DEKABR

Fərqli ölkələrin fərqli Şaxta babaları

Yeni İldə uşaqlara hədiyyə vermək müxtəlif xalqların adət-ənənələrində var. Məhz bu bayramda müxtəlif əfsanəvi  insanlar evlərə qonaq gəlir. Lakin hər xalqa görə bu bayramda fərqli varlıqlar gəlir. Məsələn Azərbaycanda Şaxta baba gəlirsə də başqa ölkələrdə Cadugər qadın, Santa Klaus və s gəlirlər. Fins.az  Yeni İl bayramında  qonaq  gələn əfsanəvi varlıqları təqdim edir.

İslandiya-Yolasveynar

13 nəfər balaca boylu kişi ilin əksər hissəsini mağarada nəhəng valideynləri ilə birgə yaşayırlar. Amma Yeni İlə iki həftə qalmış balaca kişilər şəhərə qonaq gəlilər. Onların hər birinin fərqli xarici görkəmləri var. Onlar axşamlar evlərə daxil olaraq ağıllı uşaqlar üçün hədiyyələr qoyurlar. Dəcəl uşaqların ayaqqbalarına isə daş və ya kartoşqa qoyurlar.

Almaniya- Belsnikel

Bir çox Avropa ölkələrində Belsnikel Santa Klausun köməkçisi kimi tanınır. Avropa ölkələrində dəcəl uşaqları Belsnikel ilə qorxudurlar. Amma Almaniyanın cənubunda insanlar Belsnikeli bayramda insanlara konfet paylayan yaxşı niyyətli birisi kimi tanıyırlar.

Niderland- Sinterklaas

Niderlandlı Şaxta Baba daha çox Roma Papasına oxşayır. Onun başında qırmızı tiara çiyinlərində isə qızılı sapla bəzədilmiş plaş olur. İlin çox hissəsini Sinterklaas İspaniyada yaşayır. Noyabr ayının ortalarında isə dostu Qara Piterlə qayıqda Niderlandiyaya gəlir. Sinterklaasın paytaxt Amsterdama gəlişi böyük təmtəraqla qarşılanır və bu tədbir birbaşa ölkənin televiziya kanallarında yayımlanır.

İtaliya – Befana

Xoşniyyətli qoca qarı Befana Yeni İl bayramında çomağı ilə uçaraq İtaliyaya gəlir. O ağıllı və valideynlərinin dediklərinə əməl edən uşaqlara şirniyyat hədiyyə edir. Dəcəl uşaqlara isə şirniyyat əvəzinə iynə verir. Befena haqqında çoxlu əfsanələr gəzir. Deyilənlərə görə o qırmızı şərəbı sevir . Ona görə də İtaliyada hər evdə Yeni İl gecəsi yatmamışdan öncə stolun üstündə bir bakal şərəb qoyub yatırlar ki, Befana gələndə həmin şərəbdan içsin.

İsveçrə və Norveç – Cultomte

Cultomte əfsanələrə görə Oslo şəhəri yaxınlığında yaşayır. O balaca boylu, uzun saqqallı kişidir. Cultomte hər il Yeni İl bayramında gələrək insanlara hədiyyə gətirir.

Yaponiya-Xoteiyoşa

Yaponiyada Yeni İl hədiyyələrini qırmızı geyimli Xoteiyoşa adlı rahib gətirir. Dekabrın son günündə Yaponiyada ailələr bir araya gələrək evləri bir daha təmizləyir və qonaq otağında əyləşərək boynunda gözləri olan rahib Xoteiyoşanın gəlişini gözləyirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır