Mari Tüssonun 255 yaşı tamam olur
02 DEKABR

Mari Tüssonun 255 yaşı tamam olur

Mari  Tüssonun 255 yaşı tamam olur. O məşhur mum fiqurlar muzeyinin banisidir. Muzey bu günlərdə  Londonun simvollarından biri sayılır. Anna-Mari Qroşqolç 1761-ci ildə Strazburqda anadan olub. O mumdan fiqur hazırlamağı  Parisdə Filip Kirtuasadan öyrənib. Annanın ilk əsəri 1777-ci ildə filosof Volterin hazırladığı mum heykəli olub. O Fransa inqlabı dövürndə Jan-Jak Russo və Benjamin Franklinin mumdan heykəlciklərini hazırlayıb.  Anna – Mari Kral 16-cı Ludovikin bacısı Yelizaveta ilə də dostluq edib. 1795-ci ildə Mari Fransua Tüsso ilə ailə həyatı qurur. 1802-ci ildə Anna öz kolleksiyasını nümayiş etdirmək üçün  Londona səfər edir.

Fransaya qayıtdıqdan sonra isə müharibəyə qərq olunmuş bir ölkənin sakininə çevirlir. Müharibədə Annanın həyat yoldaşı itkin düşür. Xanım Tüsso  öz muzeyini   1835-ci ildə Beyker stritdə açıq elan edir. 1842-ci ildə ölümündən 8 il qabaq isə o öz portretini yaradır. Bu portret indi də London muzeyinin girişində yer alıb. Bu günlərdə Madam Tüsso muzeyinin dünyanın müxtəlif ölkələrində 22 filialı var.  2017-ci ildə Hindistanda Nyu-Dehli şəhərində sayca 23-cü filial açılacaqdır.

2007-ci il dekabrın 15-də Londondakı məşhur Madam Tüsso Muzeyinin "Dünya liderləri" salonunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin mumdan hazırlanmış heykəl-fiquru müxtəlif ölkələrin və epoxaların görkəmli dövlət xadimləri və siyasətçilərinin fiqurları sırasında öz fəxri yerini tutub. Xatırladaq ki, Rusiyadan başqa, muzeydə indiyədək MDB ölkələrindən heç birinin liderinin fiquru qoyulmamışdı. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır