Xarici ölkələrdən gətirə biləcəyiniz suvenirlər – FOTOLAR
02 DEKABR

Xarici ölkələrdən gətirə biləcəyiniz suvenirlər – FOTOLAR

Desək ki, hər kəs səyahət etməyi sevir, yeni ölkələr və maraqlı məkanlar açmağı sevir, yanılmarıq. Demək olar kı, hər turist getdiyi yerdən ora məxsus yadigar bir suvenir getirməyə üstünlük verir. Bu gün sizə 15 ölkədən gətirə biləcəyiniz ənənəvi hədiyyələrdən və milli sənət nümünələrindən bəhs edəcəyik.

Bolqarıstan

Martenisa Bolqarıstanın ən populyar suveniridir. Martenisa qırmızı və ağ yun iplərdən düzəldilmiş bir amulet hesab olunur. Ağ rəng kişilik rəmzidir, qırmızı isə (qan rəngi) qadın, sağlamlıq, doğum rəmzidir.
Martenisa Bolqarıstanın Yeni İli üçün hazırlanır. Bolqarıstanın Yeni İli 1 mart tarixində qeyd olunur. Məhz bu gün orda yeni təsərrüfat ilinin başlanğıcı hesab olunur. Bolqar ənənələrinə görə, Yeni İlin ilk günündə bu amuleti ya ağaca, ya da öz bədəninizə asmağınız lazımdır. İnanca görə, o, sahibinə sağlamlıq, gözəl şans gətirə, gözdən və cadudan qoruya biləcək. Belə tip amuletlər Makedoniyada, Macarıstanda və Albaniyada geniş yayılıb.

Çexiya

Çexiyada farfordan olan evciklərə hər suvenir satılan dükanlarda  rast gəlmək olar. Adətən onlar Praqa evlərinə bənzər tərzdə hazırlanırlar. Hətta məzəli evlərin bütün kolleksiyanı yığıb küçədə də "tikmək" olar. Belə evcikləri, adətən, divardan asırlar, lakin satışda klassik maqnitlər də var.

Avstraliya


Burada ən çox yayılan suvenirlərdən biri bumeranqdır. Hesab olunur ki, məhz Avstraliya bir vaxtlar qorxu yaradan bu silahın vətəni hesab olunur. İndi bumeranqlar  sənayedə istehsal olunur. Onları müxtəlif materiallardan - agacdan tutmuş şüşə-liflərədək  hazırıayırlar. Lakin ən qiymətlisi yerli aboriqenlərin hazırladıqları və  əllə bəzədilmiş bumeranqlar hesab olunur.
Avstraliyada hətta hər turistə bumeranq düzəltməyi öyrədə bilərlər.

Mərakeş

Babuşi - ənənəvi Mərakeş ayaqqabısıdır. Dəridən hazırlanan itiburunlu belə ayaqqabı Türkiyədə və Şimali Afrikanın bəzi ölkələrində geniş yayılıb. Lakin ən əsas istehsalçı Mərakeş sayılır. Babuşilərin ən yaxşısı Fəsdə olur. Burada ən keyfiyyətli mərakeşli dəri – safyan istehsal olunur.

Xorvatiya

Braç adasından məşhur braç daşından hazırlanan suvenirləri gətirmək olar. Braç daşı hələ qədim Roma memarlarının sevdiyi və arxitekturada geniş istifadə etdikləri xüsusi ağappaq əhəngdir. Braç daşı ilə üzlənmiş dünyada bir çox binalar var. Məsələn Diokletianın Splitdə sarayı və Vaşınqtonda Ağ Ev.

İspaniya

Qırmızı başlıq Kataloniyadan olan ən sevilən suvenirdir. Bu baş örtüyü yerli yundan xüsusi torba formasında hazırlanır. Tarixçilərin bir qismi onun qədim Friqiya başlıqlarından irəli gəlir. Bu gün qırmızı "kolpak", təbii ki, gündəlik istifadədən çıxıb, lakin onu milli bayramlar vaxtı kataloniyalıların üzərində görmək olar. Məhz bu başlıq örtüyə məşhur kataloniyalı "böyük tualet edən" və hər suvenir dükanında satılan kaqaneraya taxırlar.

Kipr

Lefkara kənd emalatxanalarında istehsal olunan tpxunma əl işləri (krujeva)- süfrə, salfetlər, ənənəvi ornamentli şallar istehsal olunur. Klassik süfrə İrland jakkardından hazırlanır və ağ, ya da ət rəngində olur.
Əfsanəyə görə, Leonardo da Vinçi bu kənddə olarkən bu əı işlərindən alıb və onu Milan kilsəsinə hədiyyə edib. Hətta məşhur "Leonardo bəzəyi"nin o vaxtdan peyda olduğu söylənilir.

Hindistan

Bu əlkədən doqquz qiymətli daş-qaşdan ibarət olan Navaratna boyunbağısı almaq olar. Boyunbağı brilliant, qırmızı korall, mirvari, zümrüd, yaqut, ləpis, sarı topaz və pişik gözü kimi daşların qarışığından hazırlanır.Daş-qaşın hər birisi bir planeti simvollaşdırır. İnduizm da navaratna xüsusi sehrli keyfiyyətləri ilə tanınır və onu üzərində daşıyanın həyatına müsbət enerji gətirir.

Avstriya

Hesab olunur ki, şəkərlənmiş bənövşələri ilk dəfə Tuluzada fransızlar hazırlayıb. Ordan isə bu delikates Vyanaya gəlib və burda artıq ənənəvi şirniyyata çevrilib. Adətən şirin gülləri daha çox sevgililər bir-birinə hədiyyə edir, lakin bu sizi onu alıb yəməkdən vaz keçməyə məcbur etmir.

Birləşmiş Ərəb Əmirlikləri

Orijinal yerli suvenir – rəngbərəng qumla dolu şüşə qabdır. Satıcıların dediyinə görə, hər qabda 7 cür qum var – hər əmirlikdən bir cür. Hərəsinin də  özünəməxsus tərkibi və rəngi var, ona görə də ustalar qabın içində ecazkar naxışlar yarada bilirlər.

Tailand

Bildiyiniz kimi bu ölkədə balıqçılıq inkişaf edib və buna görə taylandlıların həyatında qayıqlar məxsusi yer tutur. Burada ənənəvi sənətlərdən biri "kolae" balıqçı qayıqlarının miniatür formasının yaradılması və onların bəzədilməsidir. Bunlar, əlbəttdəki əl işləridir və Tailandın cənubunda yerləşən Naratxivate şəhərində yaradılır. Bu suvenirin maddi uğur gətirəcəyi hesab olunur.

Dominikan

Burada ən populyar suvenir vulkanik mənşəli "larimar" daşından hazırlanan zinət əşyalarıdır. Mineralın rəngi açıq göy rəngindən ağadək və tünd göy çalarlarda olur. O, 1974-cü ildə yerli dağlarda tapılıb və o vaxtdan zərgərlərin böyük marağına səbəb olub. Larimar planetimizdə yalnız iki yerdə tapılıb: Dominikananın Baraona vilayətində və İtaliyanın Soave yaxınlığında olan Fitta adlanan ərazidə. Dominikanlıların dediyinə görə, bu mineral stresslərə qarşı mübarizə aparır və müsbət enerji verir.

Misir

Kaf-Məryam Misirin bir çox suvenir dükanında satılır. Bu Şimali Afrikanın səhralarında yayılan "İerixon qızılgülü" adlanan (Anastatica hierochuntica) xırda birillik bitkidir. Yetişmə zamanı gəlincə onun çoxsaylı budaqları bir-birinə sıxılır və bitki qurumuş ot dəstəsinə oxşamağa başlayır. Yağış zamanı onun budaqları yenidən düzgün formanı alır, toxumları azad olur və yaşıl tumurcuqları buraxa-buraxa dağınır. Turistlərə bitkini quru vəziyyətində evlərinə gətirmək və orada suyun içinə qoyub onun dirilməsi prosesinə izləmək təklif edilir.

Portuqaliya

Ölkənin simvollarından biri xoruzdur, buna görə də, burada bu quşun cürbəcür  suvenirlərinə rast gələ bilərsiniz. Barseluş xoruzu  sadə deyil, o qızarılmışdır. Ona görə də həmişə qara rəngdədir. Əfsanəyə görə, orta əsrlərdə Barseluş şəhərində edam cəzasına məhkum olan günahsız bir səyyah olur. Hakim işi tam araşdırmaq istəmirdi, çünki onu nahara qızarılmış xoruz gözləyirdi. Cəllad kəndiri məhkumun boynuna salanda, onun günahsız olduğunun sübütu kimi, xoruz banlamağa başlayır. Günahsızı azad etdilər, ədalətli xoruza isə heykəl qoydular.

Tunis

Ölkənin simvolu – qapıdır. Deyilənə görə, evin sahibinin vəziyyətinə onun evinin qapısına görə qiymət verərdilər. Dəbdəbəli olduğu halda sahibin avtoriteti və qonaqpərvərliyi yüksək olardı. Lakin bu gündə evin qapısına bəzək vurmaq dəbi Tunisdə geniş yayılıb – şəhərdə tək-tük bir-birinə bənzər qapı görərsiniz. Ona görə də suvenir dükanlarında siz çoxlu sayda qapı şəklində breloklar və maqnitlər tapa bilərsiziniz.

Finlandiya

Kuksa – Finlandiyanın suvel ya da ağcaqayın ağacından düzəldilmiş milli saam bokalıdır. Onun hazırlanmasından sonra kuksanın uzun dövr qalması üçün qaynar yağ ilə hopdururlar. Adətə görə, bu bokalları tutacağından bel kəmərindən asırlar. Kuksa çox davamlı bokaldı, ondan hətta qaynar çay içmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır