Sinqapurlular Azərbaycan haqqında nə danışır?
10 YANVAR
599

Sinqapurlular Azərbaycan haqqında nə danışır?

Sinqapurun məşhur “The Straits Times” qəzetində “2017-ci ildə hara getməli” səhifəsində “Köhnə və Yeni Bakı, Azərbaycan” adlı məqalə dərc olunub.

Turizm.fins.az  qəzetə istinadən xəbər verir ki, məqalədə Bakı Asiya və Avropa arasındakı “cəvahir” adlandırılır. həmçinin, İçəri Şəhər–Şirvanşahlar sarayı və Qız Qalası haqqında qısa məlumat verilir, onların UNESCO-nun Dünya Mədəni İrsləri siyahısında olduğu nəzərə çatdırılır.

Məqalədə Azərbaycan mətbəxindən də söz açılıb. Kabab, paxlava və ənənəvi çay evlərindən söhbət açılır, İçəri Şəhərin ətrafındakı müasirliyə də diqqət yetirilir, “Alov Qüllələri”, “Heydər Əliyev Mərkəzi”ndən bəhs edilir.

Həmçinin  Azərbaycanda çörəyin müqəddəs hesab edilməsi və yüksək hörmət əlaməti olaraq köhnəlmiş çörək qırıntılarının ağacdan asılması və ya divarların üstünə qoyulması kimi mənəvi dəyərlər də məqalədə yer alıb.

 Bundan başqa, məqalədə Naftalan nefti və onun müalicəvi əhəmiyyəti barədə də məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır