Ölkəyə milyardlar gətirəcək sektor – RƏSMİ AÇIQLAMA
11 YANVAR
1594

Ölkəyə milyardlar gətirəcək sektor – RƏSMİ AÇIQLAMA

"Keçən il ölkəmizdə 35 mehmanxana tikilib, 25 mehmanxana tikilməkdədir, ümumiyyətlə, mehmanxanaların sayı Azərbaycanda 500-dən çoxdur. Amma tələbat daha da artır, daxili turizm inkişaf edir".

Turizm.fins.az-ın  xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlət başçısı yerli əhalinin daha çox Azərbaycanda istirahət etməyə üstünlük verdiyini qeyd edib:

"Mən çox şadam ki, Azərbaycan vətəndaşları daha çox Azərbaycanda istirahət etməyə üstünlük verirlər. Bizdə gözəl təbiət, gözəl şərait, gözəl mehmanxanalar, istirahət zonaları var. Bu gün bütün dünyadan turistlər Azərbaycana axışırlar. Bu da ölkə iqtisadiyyatına böyük mənfəət gətirir. Biz gələcəkdə turizmdən milyardlarla dollar vəsait qazanacağıq və bu, bizim iqtisadi vəziyyətimizə çox böyük dəstək olacaq".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır