Yeni turizm şirkətləri fəaliyyətə başlayıb
11 YANVAR

Yeni turizm şirkətləri fəaliyyətə başlayıb

Azərbaycanda 2 yeni turizm şirkəti fəaliyyətə başlayıb. Vergilər Nazirliyindən Turizm.fins.az-a verilən məlumata görə, bunlar “Salam Azərbaycan Travel” və  “First class travel” şirkətləridir.

Şirkətlərdən birinin nizamnamə kapitalı 10 manat, digərininki isə 4 manatdır. “Salam Azərbaycan Travel” Bakı şəhəri Nərimanov rayonu Mustafa Kamal Atatürk ev 2m ünvanında yerləşir. Şirkət Süleymanov Xalid Seyidmirzə oğluna məxsusdur.

“First Travel” şirkəti Binəqədi rayonu Süleyman Sani Axundov ev 2 məhəllə 3123 m 51-də yerləşir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır