“Zindan”ı olan restoranda – QİYMƏTLƏR
11 YANVAR
2953

“Zindan”ı olan restoranda – QİYMƏTLƏR

Azərbaycanda qeyri-adi görkəmi ilə fərqlənən restoran fəaliyyət göstərir. Turizm.fins.az xəbər verir ki, “Qala” ailəvi istirahət mərkəzi adlanan restoran Şəmkirdə yerləşir.

Restoranın özəlliyi onun 18-ci əsrə aid tikililərə oxşamasıdır. Belə ki, burada qədimdə şah saraylarında olduğu kimi zindan, şahın ziyafət otağı, dəmirçi otağı və bazar otaqları var. Otaqlar adlarına uyğun olaraq dizayn olunub. Ümumilikdə restoranda bir-birindən tam fərqli 22 otaq var.

Qeyd edək ki, restoranın dizaynı və tikilməsi sahibkar Tural Zeynalov və onun iki dostu tərəfindən həyata keçirilib. Restoran rəhbəri T.Zeynalov sözlərinə görə,  onun bu üslubda restoran yaratmaqda məqsədi Azərbaycanın qədim tarixi abidələrini, mədəni irsini yaşatmaq və xarici turistlərin diqqətini Azərbaycana cəlb etməkdir.

Qeyd edək ki, restoranda ən böyük otaq şahın ziyafət zalı otağıdır.  Burada eyni zamanda 70 nəfər qonaq ola bilər. Ən balaca otaq isə müdafiə otağıdır. Burada 6 nəfər eyni zamanda yemək yeyə bilər. Restoranın otaqlarından biri də Zindan otağıdır. Zindan qədim dövrlərdə olduğu kimi dizayn olunub. Otaqda eyni vaxtda 8 nəfər qonaq ola bilər.

Restoran ən maraqlı cəhətlərindən biri də burada süni gölün yaradılmasıdır. Belə ki, süni gölə Şəmkir çayı tökülür . Göldəki balıqlar müştərinin gözü qarşısında tutularaq bişirilir. Tural Zeynalovun sözlərinə görə, restoranda orta qiymət 30 manatdır.  Restoran səhər 10-dan gecə 1-kimi işləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır