“AZAL” Gəncə reyslərini bağladı
12 YANVAR
630

“AZAL” Gəncə reyslərini bağladı

“Azərbaycan Hava Yolları” Bakı-Gəncə-Bakı uçuşlarını dayandırıb. Turizm.fins.az-a AZAL-dan bildirilib ki, kommersiya baxımından  uçuşların həyata keçirilməsi səmərəli olmadığı üçün yanvarın 9-dan Bakı-Gəncə -Bakı uçuşlarının dayandırılmasına qərar verilib.

Qeyd edək ki, AZAL Bakı-Gəncə-Bakı   reysini “rentabelli  fəaliyyət göstərməməsi  ilə bağlı olaraq 2015-ci ildə də dayandırmışdı. Lakin bir müddət sonra uçuşlar bərpa edilmişdi.

Uçuşlar hər gün “Embraer” tipli təyyarələr vasitəsilə həyata keçirilirdi. Qeyd edək ki, biletlərin qiyməti 30 manatdan başlayırdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır