Köhnə Yeni İli avtobusda keçir – QİYMƏT
12 YANVAR
1206

Köhnə Yeni İli avtobusda keçir – QİYMƏT

Bakıda Köhnə Yeni İli keçirmək üçün qeyri-adi təklif var. Fins.az xəbər verir ki, bu köhnə İli nağıllar aləmini xatırladacaq avtobusda keçirmək olar.
Kampaniyada iştirak etmək istəyənlər 13 yanvar saat 18:50-də İsr Plazanın yanında toplaşacaqlar. Daha sonra iştirakçılar kollektiv şəkildə Yeni İl Yarmarkasını gəzəcəklər. Gəzinti xüsusi bəzədilmiş avtobusda davam edəcək. Avtobus şəhərin müxtəlif güşələrini dolaşacaq. Sərnişinlər üçün müxtəlif içkilər və zefir şirniyyatı təqdim ediləcək. 
Görüş İçəri Şəhərdə yerləşən "Folk Art" yerli sənətkarlar mağazasında davam etdiriləcək və axşam saat 9-da bitəcək. Axşam boyu incəsənət nümayəndələri, bir çox tanınmış simalar da kampaniya iştirakçılarına qoşulacaq. 
Qeyd edək ki, avtobusda yeni il kampaniyasında iştirak tamamilə ödənişsizdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır