Şengen vizası dəyişəcək
20 İYUN
2037

Şengen vizası dəyişəcək

Avropa Şurasının və Avropa parlamentinin qərarına əsasən, qısa müddət üçün veriləcək şengen  vizaların dizaynı dəyişdiriləcək. Turizm.fins.az xarici mediaya istinadən məlumat verir ki, bu, həmin  vizaların saxtalaşdırılmasının qarşısını almaq məqsədi daşıyır. Yeni qərarın iyul ayında veriləcəyi gözlənilir.

Belə ki, vizalarda olan unifikasiyalaşdırılmış stikerlər artıq 20 ildən çoxdur ki, dəyişilməyib. Bu da onların dələduzlar tərəfindən asanlıqla öyrənilib saxtalaşdırılmasına səbəb olub.

Avrokamissiyanın araşdırmalarına görə, ötən il ən az şengen vizası verən ölkə Portuqaliya olub. Ən çətin viza verən ölkələr arasında Niderland və İtaliyada yer alıb.

Araşdırmalar zamanı ən tez şengen vizası verən ölkələr də məlum olub. Bu Latviya, Macarıstan, Yunanıstan və İslandiyadır.

Ən rahat multiviza verən ölkələr isə Avstriya və Almaniyadır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır