Sinqapuru ziyarət etməyin daha bir səbəbi
12 İYUN
550

Sinqapuru ziyarət etməyin daha bir səbəbi

Sinqapurun “Changi” beynəlxalq aeroportunun  ərazisində yeni möcüzəvi bir məkan açılacaq. Fins.az-ın verdiyi məlumata görə, bu haqda Travel Daily Media xəbər verir.
“Canopy” adlı fantastik park hava limanın üç terminalını birləşdirən “Jewel” adlı kompleksin bir hissəsi olacaq. İlkin hesablamalara görə, tikinti 1.2 milyard dollara başa gələcək. Parkın açılışı 2019-cu ilin əvvəlinə planlaşdırılıb.
14 min kvadrat metrlik ərazidə dam altında bağlar və meşələr, piyada keçidləri, şüşəli körpü, dünyada ən uzun 40 metrlik süni şəlalə olacaq. Yuxarı mərtəbədə  canlı hasar və məşhur dizayner Adriana Fişerin güzgülərindən iki labirint, həmçinin asma yollar və şüşə körpülərlə xüsusi piyada zonası qurmaq planlaşdırılır.
Və əlbəttə, parkda yeni mağazalar, restoran və ticarət mərkəzi olacaq.
Qeyd edək ki, Çangi aeroportu 2017-ci ildə ardıcılıqla 5-ci dəfə ən yaxşı hava limanı adını qazanıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır