Turistlər üçün milli suvenirlər paketi hazırlandı – QİYMƏT
13 İYUN
597

Turistlər üçün milli suvenirlər paketi hazırlandı – QİYMƏT

Azərbaycanda turizm sektoru inkişaf etdikcə, ölkəmizə gələn turistlərin sayı da artır. Turistlər adətən səfər etdikləri ölkələrdən hədiyyələr və suvenirlərlə geri dönür. Son zamanlar Azərbaycana gələn turistlərə təqdim edilən xidmət və malların sayı da artıb.

Turizm.fins.az sizə xaricilərin özü ilə apara biləcəyi, yaxud onlara sevə-sevə bağışlaya biləcəyimiz suvenir paketindən bəhs edəcək. Bu hazır paketlərə internet səhifələrində tez tez rast gəlinir. Paketdə qeyri-adi heç nə olmasa da, suvenirlərin toplu formasında olması alıcıların işini xeyli asanlaşdırır. Paketə 5 ədəd postkart, 2 ədəd maqnit, 1 ədəd brelok, 1 ədəd fincan və paketin özü daxildir. 1 hazır paketin qiyməti 15 manatdır. Lakin paketləri çox aldıqda qiymət daha ucuz olacaq: 5-15 ədəd - 13 AZN; 30-50 ədəd - 9.50 AZN; 50+ - 8.50 AZN.

Turizm.fins.az olaraq paketin tərkibindəki suvenirlərin oxşarlarının İçəri Şəhərdəki qiymətlərini öyrəndik. Belə ki, qala küçələrində milli ornametli fincanın ən sadəsi 6 manata, daha mürəkkəbləri isə 10-12 manata təklif edilir. Maqnitlərin və kartların qiyməti 2 manatdan başlayır. Breloklar isə 3 manatdan başlayan qiymətələrə satılır. Milli üslubda olan xüsusi torbalara isə ümumiyyətlə rast gəlmədik. Hesablamalarımıza əsasən, 15 manata belə bir suvenir paketi yığmaq olar. Lakin öncə dediyimiz kimi suvenirlərin üslubunda paketdəki ahənglik olmayacaq, həm də istədiyimiz keyfiyyəti əldə edə bilməyəcəyik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır