Dünyanın ən heyrətamiz çimərlikləri - FOTO
16 İYUN
1141

Dünyanın ən heyrətamiz çimərlikləri - FOTO

Yay fəsilinin ilk ayındayıq. Bu isə o deməkdir ki, çimərlik mövsümü artıq başlayıb. Çimərlik deyəndə çoxumuzun ağlına ilk gələn qumlu sahil və dalğalı dəniz olur. Amma bu, heç də belə deyil.

Fins.az-ın təqdim etdiyi dünyanın ən maraqlı və qeyri-adi çimərliklərinin fotolarından bunun necə olduğunu özünüz görün.

Kaliforniyanın “Şüşəli” çimərliyi

Deyilənə görə, XX əsrin əvvəllərində bu ərazi zibillik olub. Daha sonra təmizlənərək, çoxsaylı turist qəbul edən şüşəli çimərliyə çevrilib.

Meksikanın “gizlənmiş” çimərliyi

XX əsrin əvvəllərində bu ərazi fətholunmaz ada sayılırmış. Buna görə də ərazidə gizli hərbi əməliyyatlar keçirilirmiş. Hazırda Gizlənmiş çimərlik dünyanın ən ekzotik istirahət guşəsi sayılır.

Maldiv adasında yerləşən “Ulduzlu gecə” çimərliyi

Hər gecə Maldiv çimərliyində belə möcüzəyə rast gəlmək olur. Bu əsrarəngiz çimərliyin sirri dəniz dalğaları sahilə vuran zaman yaranan kimyəvi reaksiyalardadır.

Baham adalarının “Çəhrayı” çimərliyi

Deyilənə görə, əsrlər boyu dənizdə yaşayan mərcanları dalğalar sahilə atmış, külək isə onları xırda hissələrə parçalamışdı. Buna görə də çimərliyin qumu çəhrayı rəngdədir.

Maxo-Biç - ən təhlükəli çimərlik

Bu çimərliyə çox yaxın ərazidə aeroport yerləşir. Ona görə də, ən təhlükəli çimərlik hesab olunur.

Yeni Zellandiyada yerləşən “Əjdaha yumurtası” çimərliyi

Əjdaha yumurtası adı ilə tanınan bu daşlar minilliklər boyu suyun üzərində formalaşıblar. Ləpədöyənlərsə, onları sahilə atıb.

Kaliforniyanın “Bənövşəyi” çimərliyi

Bu çimərliyin qumunun tərkibində manqan olduğu üçün qumu bənövçəyi rəngdədir.

Mənbə: Publika.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır