ASAN Viza-ya ən çox hansı ölkələrdən müraciət olur?
19 İYUN
768

ASAN Viza-ya ən çox hansı ölkələrdən müraciət olur?

“ASAN Viza” sistemi vasitəsilə bu günə qədər Azərbaycana səfər edən 93 min xarici vətəndaşa viza verilib.

Bu barədə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

Qeyd edilib ki, viza verilən ölkələr siyahısında ilk beşlikdə isə İran, Böyük Britaniya, Almaniya, Pakistan və ABŞ-dır.

ASAN Viza ilə hazırda 93 ölkənin vətəndaşı viza ala bilir.

Xatırladaq ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər elektron vizanı ASAN Viza sistemi vasitəsi ilə 3 addımla (müraciət et, ödəniş et və e-vizanı yüklə) və 3 iş günü ərzində əldə edə bilər. Elektron viza ölkədə qalma müddəti 30 günədək müəyyən edilən birgirişli sənəddir. Elektron vizalar yalnız siyahısı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən təsdiqlənən ölkənin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə rəsmiləşdirilir.

Həmçinin ASAN Viza sistemi xarici vətəndaşlara qrup şəklində viza müraciətini təklif edir. Qrup müraciətləri minimum 2, maksimum isə 10 nəfər üçün nəzərdə tutulub. Qrup üzvləri üçün olunan müraciətdə bir elektron poçt ünvanı istifadə və bir ödəniş əməliyyatını etməklə bir neçə müraciət ərizəsi yaradıla bilər.

© Xeberler.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır