“Emirates Airlines”sərnişinlərə xəbərdarlıq edib
20 İYUN
652

“Emirates Airlines”sərnişinlərə xəbərdarlıq edib

Məşhur Emirates Airlines şirkəti sərnişinlərini sıxlıq barədə öncədən xəbərdarlıq edib. Turizm.fins.az Khaleej Times-a istinadən məlumat verir ki , sıxlığın Dubaydan qalxacaq reyslərdə olacağı bildirilib.

Sərnişin çoxluğunun ən çox cümə gününə təsadüf edəcəyi bildirilib. Belə ki, yaxınlaşan bayram günlərində təkcə 3 nömrəli teminaldan bir neçə gün ərzində 100 min sərnişinin yola salınacağı bildirilir. Cümə günü isə bu rəqəmin bir gün ərzində 37 min olacağı söylənib. Aviabiletlərinin öncədən bron etmiş şəxslərə hava limanına 3 saat öncədən gəlmələri məsləhət görülür. Sərnişinlərin tez gəlmələri, onların baqaj və sənəd yoxlanma prosesində yersiz vaxt itkisinin qarşısı alınacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır