Misirdə turizm yenidən canlanır
07 İYUL
315

Misirdə turizm yenidən canlanır

Misir turizmi tədricən bərpa olunur və ölkəyə gələn turistlərin sayı getdikcə artır. Turizm.fins.az  “Vesti.ru”ya istinadən xəbər verir ki, 2016-сı ilin may ayı ilə müqayisədə bu ilin eyni dövründə ölkəni ziyarət edən qonaqların sayı 33 faiz artaraq 432 min nəfərdən 574 minə qədər qalxıb.

Misirin turizm naziri Yahya Rəşid deyib ki, yaxın gələcəkdə turizm yenidən Misir iqtisadiyyatının aparıcı sahəsinə çevriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır