«Əksinə, uçuşlarımızı daha da artırırıq» – «QATAR AİRWAYS»LA SƏHƏR YEMƏYİ
07 İYUL
749

«Əksinə, uçuşlarımızı daha da artırırıq» – «QATAR AİRWAYS»LA SƏHƏR YEMƏYİ

Bəzi ərəb ölkələrinin Qətərə qarşı tətbiq etdiyi sanksiyalar «Qatar Airways»in fəaliyyətinə ciddi təsir etməyib. Fins.az xəbər verir ki, bu barədə «Qatar Airways»in Azərbayandakı nümayəndəliyinin rəhbərləri bu gün jurnalistlərlə keçirilən işgüzar naharda bildiriblər.

Xatırladaq ki, iyunun əvvəlindən yaranmış siyasi gərginliklə əlaqədar olaraq Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn Qətərə qarşı sanksiyalar tətbiq edib, eyni zamanda Qətərin avişirkəti olan «Qatar Airways»ın də bu ölkələrə uçuşları dayandırılıb.

Qatar Airways nümayəndəsi Ələkbər Eyvazov bildirib ki, «Qatar Airways»ın uçuşlarında adı çəkilən ərəb ölkələrindən olan sərnişinlərin payı cəmi 1% təşkil etdiyinə görə, şirkət bu sanksiyaların nəticələri demək olar ki, hiss etməyib. Əvəzndə, bir sıra istiqamətə uçuşların dayandırılması şirkətə yeni istiqamətə reyslər açmağa şərait yaradıb. Belə ki, bir qədər əvvəl «Qatar Airways» dünyanın elit turizm mərkəzlərindən sayılan Fransanın Nitsa şəhərinə və Çexiyanın paytaxtı Praqaya uçuşlara başlayıb.

Yaxın vaxtlarda isə «Qatar Airways» Ukraynanın paytaxtı Kiyevə və Makedoniyanın paytaxtı Skopyeyə uçmağa başlayacaq. Şirkət nümaynədələrinin fikrincə, elit turizm istiqamətləri ilə yanaşı, Kiyev və Skopye də ərəb turistləri arasında olduqca populyardır. Bu istiqamətlərə uçuşların gələn ildən başlanması gözlənilsə də, yaranmış vəziyyət prosesləri sürətləndirib.

Şirkət nümayəndələri «Qatar Airways»in öz sərnişinləri üçün tətbiq etdiyi yeni xidmətlər və yeni keyfiyyət standartları barədə məlumat veriblər.

Bunlardan ən maraqlı yenilik «Plus-Qatar» xidmətidir. Yeni xidmət sayəsində «Qatar Airways»la səyahət edən sərnişinlər böyük üstünlüklər qazanacaqlar. Belə ki, Qətərdan keçməklə xarici səfərlər edənlər «Plus-Qatar» xidməti vasitəsilə Qətərə pulsuz viza və bir gecəlik pulsuz otel əldə edəcəklər: «Bizim şirkətlə Qətərdən keçməklə səyahət edən şəxs, bir gün əvvəlcədən Qətərə gəlib pulsuz viza alaraq pulsuz hoteldə qala bilər».

«Qatar Airways»in Azərbaycan üzrə kommersiya meneceri Eldar Əlimuradov bildirib ki, bu yenilikdə məqsəd Qətəri təkcə tranzit ölkə kimi deyil, həm də turizm istiqaməti kimi təqldim etməkdir.

Şirkətin tətbiq etdiyi daha bir yenilik «Qsuite» xidmətidir. «Qatar Airways» nümaynədələri bildirir ki, əslində bu yenilik biznes sinif uçuşların daha yüksək səviyyəyə qaldırılaraq 1-ci sinif səviyyəsinə çatdırılmasıdır. Belə ki, ənənəvi «biznes klass»dan fərqli olaraq burada kresloların yerdəyişməsi nəticəsində, 4-5 nəfərli qrupp üz-üzə oturaraq mini iclas təşkil edə və ya bütöv bir ailə bir stol başına toplaşıb söhbət edə bilər. Eləcə də həmin sinifdə fərqli multimedia imkanları, fərqli, faktiki olaraq limitsiz menyu və fərqli stüard xidməti var. Şirkət nümayəndələrinin fikrincə, bu yenilik sabit müştərilərə «Qatar Airways»in vizit kartı olan yüksək sinif xidmətlərini daha yaxşı tanıtmağa imkan verəcək.

Jurnalistlər üçün maraq doğuran yeniliklərdən biri «Qatar Airways»ın öz müştəriləri üçün sürpriz ənənəsi oldu. Belə ki, bəzən ənənəvi «ekonom» sinfi ilə səyahət edən müştərilər şirkətin qərarı ilə tamamilə pulsuz (yəni əlavə ödəniş olmadan) biznes sinfinə keçirilər və burada biznes klass-ın bütün özəlliklərindən istifadə edirlər. Məqsəd, sərnişinlərə şirkətin yüksək diqətini gösərməklə yanaşı, həm də onları bu xidmətlərlə tanış etməkdir.

Hazırda dünyanın 150 ölkəsinə uçuşlar həyata keçirən şirkət öz qiymət siyasətini də daha çevik etməyə başlayıb. Belə ki, bir qədər əvvəl ABŞ-a təyyarə reyslərinin qiymətlərini aşağı salan «Qatar Airways» hazırdpa bəzən AZAL-dan da aşağı qiymətlər təklif edir. Belə ki, indii şirkətlə ABŞ-a uçmaq ekonosm sinif üçün 700-1000 manat ətrafındadır. «Qatar Airways» Hazırda ABŞ-ın 12 şəhərinə uçan şirkət yaxın vaxtlarda bura San-Fransiskonu da əlavə etmək niyyətindədir.

Biznes sinifdə isə qiymətlər daha yüksəkdir – adi vaxtlarda ABŞ-a uçmaq 2200 manat, yüksək mövsümdə isə 4-5 min manat arasında. Ən yüksək qiymət və xidmət səviyyəsi 1-ci siniy uçuşlarda nəzərdə tutulub. Məsələn 1-ci siniflə Doxadan Londona uçuş təqribən 40-50 min dollara arasında dəyişir.

Görüşdə şirkətin xidmətləri ilə bağlı bəzi detallar, o cümlədən «miles» proqrammı və ondan istifadənin bəzi özəllikləri barədə də ətraflı məlumat verilib. Jurnalistlər şirkətin fəaliyyəti ilə yanaşı, ümumilikdə mülki aviasiya, sərnişin daşımalar və burada nəzərdə tutulan təhlükəsizlik qaydaları barədə də məlumatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır