Satışa çıxarılan turizm obyektləri və restoranların siyahısı – QİYMƏTLƏR
10 İYUL
1984

Satışa çıxarılan turizm obyektləri və restoranların siyahısı – QİYMƏTLƏR

Azərbaycanda hökumətinin özəlləşdirməyə açıq elan etdiyi dövlət əmlakları arasında cəlbedici obyektlər də üstünlük təşkil edir. Bunların arasında Bakıda və rayolarda yerləşən turizm obyektləri -istirahət mərkəzləri, kafe və restoranlar, otel və mehmanxanalar da var. 

Məsələn, Mərdəkanda ötən il fəaliyyətə başlayan məşhur “Dalğa” istirahət mərkəzi, Mingəçevirdəki “Kür Mehmanxanası”, Balakəndəki “Qubek oteli” də özəlləşdiriləcək müəssisələr arasındadır. Turizm.fins.az Seyyah.az-a istinadən  Azərbaycanda özəlləşdirilməyə açıq elan edilən məşhur turizm obyektlərinin bəzilərini təqdim edir:

1. Şəki rayonunun Qudla kəndindəki istirahət istirahət mərkəzinin ümumi faydalı sahəsi 10000 kvadratmetrdir. Onun özəlləşdirilməsi üçün ilkin start qiymət 102 000  manat müəyyən olunub.  Tam həcmdə özəlləşdirmə çıxarılmış torpaq sahəsi üzərində ümumi faydalı sahəsi 372.1 kvadratmetr olan ikimərtəbəli tikili də var.

2. Balakən rayonunun Mahamalar kəndindəki yeməkxananın faydalı sahəsi: 69.2 kvadratmetrdir. Birmərtəbəl tikilidən ibarət obyektin ümumi ilkin satış qiyməti  2450 manatdır.

3. Hərraca çıxarılanq dövlət obyektləri arasında Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsi-48 ünvanda yerləşən  “Dalğa” kiçik müəssisəsi də var. Müəssisənin ümumi faydalı sahəsi 1271.1 kvadratmetrdir, ilkin satış qiyməti isə 153000 manatdır.

4. Bakının Pirşağı qəsəbəsindəki “Sərin” kafesinin isə ümumi faydalı sahəsi 87.9 kvadratmetr, özlləşdiriləcək torpaq sahəsi 225.8 kvadratmetr, ilkin start qiyməti isə 11250 manatdır.

5. Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi-71 ünvanda yerləşən “Şəfəq” kafesi də hərraca çıxarılıb. Ümumi faydalı sahəsi 120.9 kvadratmetr olan bu obyektin ilkin start qiyməti 22500 manatdır.

6. Tovuz rayonunun Abulbəyli kəndində yerləşən “Turan” Kiçik Dövlət Müəssisəsinin ümumi torpaq sahəsi 1306 kvadratmetr, faydalı sahəsi 297.6 kvadratmetrdir. Bir nəfər işçisi olan əmlakın start satış qiyməti 14200 manatdır. Əmək kollektivinə güzəştli satışa yönəldilən hissə 15 faiz olmaqla 9088 manat səviyyəsində müəyyən edilib.

Bundan başqa, özəlləşdirməyə açıq elan edilən turizm, əyləncə və istirahət obyektləri arasında Bakı Dövlət “Cıdır Meydanı”MMC, Xaçmaz rayonunun Nabran kəndində yerləşən “Dalğa” istirahət evi, Pirşağıdakı “Sülh” pioner düşərgəsi, “Bakı Metropoliteni” QSC-nin balansında olan və Bilgəh qəsəbəsində yerləşən Sağlamlıq Mərkəzinin Sanatoriya-Profilaktoriyası, Xaçmaz rayonunun Müqtədir qəsəbəsindəki “Dənizçi” istirahət zonası, Gəncə Dəmir Yolu Vağzalının mehmanxana kompleksi də var.

© Seyyah.az

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır