Bir təyyarə ilə 3 şəhər – YENİ TUR
11 İYUL
588

Bir təyyarə ilə 3 şəhər – YENİ TUR

Ölkədə fəaliyyət göstərən Fly.az turizm şirkəti son zamanlar Azərbaycan vətəndaşları arasında məşhurlaşmağa başlayan İtaliya şəhərlərinə tur təşkil edir. Turizm.fins.az xəbər verir ki, səfərlər Roma, Florensiya, Pisa şəhərlərinədir. 

Qeyd edək ki, turun qiyməti 969 manatdır. Qiymətə 3 ulduzlu hoteldə 6 gecə 7 gün qonaqlamaq, Bakıdan aviabilet, 3 gecə Roma, 2 gecə Florensiya, 1 gecə Pisa şəhərində qonaqlamaq daxildir. Bundan başqa, qiymətə səhər yeməyi, şəhərlərarası nəqliyyat, sığorta və viza dəstəyi daxildir.

Məlumat üçün bildirək ki, viza rüsumu qiymətə daxil deyil. Qeyd edək  ki, qiymət iki nəfərlik otaqda bir nəfər üçün nəzərdə tutulub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır