“AZALJET” ləğv olunur
11 İYUL
1503

“AZALJET” ləğv olunur

Yeni  aşağı büdcəli aviaşirkət - “Buta Airways”in fəaliyyətə başlaması ilə “AZALJET” brendinin ləğv olunması məsələsi gündəmə gəldi.  “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənskinin Turizm.fins.az-a verdiyi məlumata görə, artıq bu gündən “AZALJET” şirkəti bilet satışını dayandırıb: 

“Buta Airways” bu gündən bilet satışına başladığı üçün artıq “AZALJET” brendi üzrə bilet satışı dayandırılıb. Amma bu, indiyə qədər “AZALJET”dən bilet almış sərnişinlər üçün heç bir problem yaratmayacaq. Onlar aldıqları biletdən istifadə edib, istədikləri istiqamətdə uça biləcəklər".

P.Kəsəmənskinin sözlərinə görə,  bundan sonra Azərbaycanda dövlətə məxsus 2 mülki aviasiya brendi - “AZAL” və “Buta Airways” fəaliyyət göstərəcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır