Avropadan Azərbaycana ən çox bu ölkədən gəlirlər – STATİSTİKA
11 İYUL
456

Avropadan Azərbaycana ən çox bu ölkədən gəlirlər – STATİSTİKA

Ölkəmizdə turizm sənayesinin inkişafı eləcə də lazımı infrastrukturun olması nəinki qonşu ölkələrdən, həmçinin Avropa ölkələrindən də Azərbaycana gələn turistlərin sayına müsbət təsir edib. Turizm.fins.az-a məsələ ilə bağlı açıqlama verən Azərbaycan Turizm Assosasiyasının rəhbəri Nahid Bağırov bunun bir neçə səbəbinin olduğunu bildirdi.

Birinci səbəb kimi ölkəmizin əcnəbi ölkələrdə tanıdılması xüsusi rol oynayır. Digər bir səbəb Avropa ölkələrinin vətəndaşlarının səfərlərə maraqlarının olması göstərilir. Səbəblərdən biri də Avropa ölkələrində azərbaycanlıların yaşamasıdır. Bu da ölkəmizin tanıdılmasında mühüm rol oynayır.

Bəs görəsən Azərbaycana hansı Avropa ölkəsindən daha çox turist gəlir? Mədəniyyət və Turizm Nazirliyindən Turizm.fins.az-a verilən məlumata görə, ötən illə müqayisədə Avropa ölkələrindən gələn turistlərin sayında yetərli artım var. Qədim dünyadan Azərbaycana isə ən çox Böyük Britaniyadan turist gəldiyi bildirildi.

Turizm.fins.az. son 6 ay ərzində ən çox Avropa ölkəsindən gələn turistlərin statistikasını təqdim edir.

Ölkələr

Son 6 ay ərzində

Ötən ilin analoji dövrü

Böyük Britaniya

16 323 nəfər

15 560 nəfər

Almaniya

7 787 nəfər

5 995 nəfər

İtaliya

4 462 nəfər

4 374 nəfər

Lakin Azərbaycana yalnız Avropa ölkələri deyil, həmçinin körfəz ölkələrindən də çoxlu sayda turist gəlir. Ölkəmizə daha çox körfəz ölkələrindən gələn ziyarətçilərin statistikası isə belədir:

Ölkələr

Son 6 ay ərzində

Ötən ilin analoji dövrü

İran

180 103 nəfər

95267 nəfər

BƏƏ

44 196 nəfər

10086 nəfər

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır