Azərbaycanda daha bir festival olacaq – DOLMA YEYƏCƏYİK
12 İYUL
856

Azərbaycanda daha bir festival olacaq – DOLMA YEYƏCƏYİK

İyulun 15-də Xacmazda II Beynəlxalq Dolma Festivalı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən Fins.az-a verilən məlumata görə, festival Xaçmaz Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi, Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə təşkil edilir.

Qeyd edək ki, 2018-ci ildə isə dolmanın UNESCO-nun qeyri-maddi mədəni irsi siyahısına salınması gözlənilir.

Tədbir regionlarda mövcud olan digər dolma növlərinin aşkarlanması, qədim dolma növlərinin bərpası, yeni əmələ gələn növlərin üzə çıxarılması, rayonlararası mübadilənin inkişafı, daha çox dolma növlərinin restoran və qida sənayesinə gətirilməsi məqsədi daşıyır.

II Beynəlxalq Dolma Festivalında 40-a yaxın bölgədən Azərbaycanın hər evində hazırlanan və qədim Azərbaycan mətbəxinə aid olan 300-dən artıq milli dolma sərgilənəcək. Azərbaycanda fəaliyət göstərən diplomatik nümayəndəliklər də hər ölkənin ənənələrinə uyğun xörəklərin sərgisini təşkil edəcəklər.

Tədbirdə Milli Məclis üzvləri ictimai, siyasi xadimlər, nazirliklərin və dövlət qurumlarının rəhbərləri və nümayəndələri, diplomatik nümayəndəliklər iştirak edəcək. Tədbirdə çıxışlar, mükafatlandırma, konsert proqramı təşkil olunacaq.

Festivalın rəsmi açılışı Xaçmaz şəhəri "Çənlibel" parkında baş tutacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır