"İran Air"ın rəhbəri qadın oldu – İLK DƏFƏ
13 İYUL
255

"İran Air"ın rəhbəri qadın oldu – İLK DƏFƏ

"Iran Air" aviaşirkətinin tarixində ilk dəfə olaraq rəhbər qadın olub. Turizm.fins.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, 44 yaşlı Fərzanə Şərəfbafi bu vəzifədə Fərhad Pərvəreşi əvəz edib. Bundan sonra F.Pərvəreş İranı Monrealda Beynəlxalq Mülki Aviasiya Təşkilatında təmsil edəcəck.

Xanım rəhbərin kosmik-aviasiya sahəsində elmlər doktoru elmi dərəcəsi olduğu bildirilir. Bundan öncə, o, "Iran Air" tədqiqat departamentinə rəhbərlik edib, Hərbi Hava Akademiyasında dərs deyib.

Vəzifəyə təyin edilən F.Şərəfbafi əsas məqsədinin köhnəlmiş sərnişin təyyar bazasını yeniləşdirmək olduğunu bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır