Azərbaycanda yeni hotel istifadəyə verildi
13 İYUL
1140

Azərbaycanda yeni hotel istifadəyə verildi

Azərbaycanın təbiətcə zəngin yerlərindən biri olan Gədəbəydə yeni mehmanxana tikilib. Hotelin tikintisinə bir il vaxt sərf olunub.

Şəmkir regional turizm mərkəzindən Turizm.fins.az-a verilən məlumata görə, “Meh” adlı hotel 3 mərtəbəlidir. Mehmanxanada eyni vaxtda 80 nəfər qala bilər. Hotel Gədəbəyin Slavyanka kəndində yerləşir.

Nömrələrdən əlavə mehmanxananın 6 kotteci də var. 3 hektarlıq həyətyanı sahəsi olan istirahət mərkəzində uşaqlar üçün əlavə əyləncə mərkəzləri də qurulub.

Hotel hələki ulduz ilə təsnif olunmayıb. Lakin yaxın günlərdə rəsmi qurumların yoxlanışından sonra hotelin təsnifatının da müəyyənləşəcəyi gözlənilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır