Cəbhə bölgəsində yeni hotel işə düşdü – QİYMƏTLƏR - VİDEO
13 İYUL
1195

Cəbhə bölgəsində yeni hotel işə düşdü – QİYMƏTLƏR - VİDEO

Azərbaycanda cəbhə bölgəsinin yaxınlığında, bir hissəsi işğal edilmiş Füzuli rayonunun Kərimbəyli kəndi ərazisində «Qarabağ Hotel»i müştərilərə xidmət təklif edir.

Turirzm.fins.az-a otel rəhbərliyindən verilən məlumata görə, hoteldə ümumilikdə 23 nömrə var. Burada eyni vaxtda 70 nəfər qonaqlaya bilər.

Hoteldə həm iki nəfərlik, həm də ailəvi istirahət üçün otaqlar və pulsuz Wi-Fi var.

Otaqlarda gecələmə qiyməti 2 nəfərlik nömrə üçün 40 manat, 3 nəfərlik nömrədə 50-60 manat, 4-5 nəfərlik iki otaqlı nömrədə 100 manatdır. 6-7 nəfərlik iki otaqlı böyük nömrə üçün isə 120 manat ödəmək lazımdır.

Məlumat üçün bildirək ki, böyük otaqlarda qonaqlayarkən səhər yeməyi üçün əlavə ödəniş etməyə ehtiyac yoxdur. Lakin digər nömrələrdə qonaqlayanlar səhər yeməyi üçün əlavə ödəniş etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır