Azərbaycanlılar istirahət üçün ən çox hara gedirlər?
14 İYUL
920

Azərbaycanlılar istirahət üçün ən çox hara gedirlər?

Bu il xaricə istirahətə gedən azərbaycanlıların sayı rekordu yeniləyib. Azərbaycan turizm Assosasiyasının rəhbəri Nahid Bağırovun verdiyi açıqlamaya görə, bu il xaricdə istirahət edən azərbaycanlıların sayında 30 % artım olub.

Vətəndaşların ən çox səfər etdiyi ölkə isə həmişəki kimi Türkiyə olub. Azərbaycanlı turistlər Türkiyədə daha çox Bodrum, Antalya, Alanyada istirahət etməyə üstünlük veriblər. Türkiyədən sonra azərbaycanlıların ən çox getdiyi yer isə Gürcüstan, Almaniya, Çexiya, İspaniya və Rusiyanın istirahət məkanlarıdır.

N.Bağırov son zamanlar azərbaycanlı turistlər arasında yeni istiqamətlərin formalaşdığı qeyd edib. Belə ki, Afrikada Safari turları və Nepalda Tibet dağlarına səfər etmək istəyənlərin də sayında artım var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır