Parsportdakı möhür sizə problem yarada bilər
14 İYUL
2319

Parsportdakı möhür sizə problem yarada bilər

Bəzi ölkələri ziyarət etmək digər ölkəyə getmək üçün maneə ola bilər, hətta məhkəmədə sizə qarşı dəlil kimi istifadə oluna bilər. Uzağa getmək lazım deyil, Azərbaycan qanunlarına əsasən, Azərbaycan tərəfindən rəsmi icazə alınmamış Dağlıq Qarabağı ziyarət edənlərə Azərbaycana giriş qadağandır.

Turizm.fins.az analoji konflikt zonalar haqda öz oxucularını xəbərdar etmək istəyir.

İsrail - Ərəb ölkələri

Son vaxtlaradək pasportunda İsrailə viza möhürü olan şəxslərin bir sıra ərəb ölkəslərinə girişi qadağan idi. Məsələn, İran indi də belə ziyarətçilərin 1 il ərzində öz ölkəsinə girişini qadağan edir. Lakin bu xoşagəlməz vəziyyətdən qurtulmaq imkanı var: bunun üçün İsrail sərhədçilərindən möhürü pasportunuza vurmamağı xahiş edin. Bunun yerinə onlar sizə pasportunuza əlavə verəcəklər – siz ölkədən çıxış zamanı o əlavəni təqdim edirsiz, rahat İsraili tərk edirsiniz və sonradan istədiyiniz ərəb ölkəsinə rahat gedə bilərsiniz.

Abxaziya və Cənubi Osetiya – Gürcüstan

Gürcüstan Cənubi Osetiyanı və Abxaziyanı öz qanunsuz işğal edilmiş torpaqları sayır, buna görə də bu “respublikalardan” ölkəyə giriş qeyri-leqal hesab olunur. Buna cəhd edənləri isə cərimədən tutmuş həbs cəzasınadək çox sərt təpkilər gözləyir.

Abxaziya və Cənubi Osetiyaya getmək istəyənlər bilməlidir ki, “Qantiadi – Adler” (Abxaziya) və “Rok – Aşağı Zaramaq” (Tsxinvali) gömrük məntəqələri qanunsuz hesab olunur və siz oradan sonra Gürcüstana yola düşsəniz, 3 ildən 5 ilədək həbs cəzası ala bilərsiz.

Kuba – Amerika

ABŞ tərəfindən 1962-ci ildə Kuba ilə ticarətə tətbiq edilən embarqoya görə, amerikanlılar və ABŞ yurisdiksiyasına tabe olan hər kəsə bu ölkə ilə ticari əlaqələr kimi səyahətlər də qadağandır. Ona görə əgər sizin green-kartınız varsa və ya siz ABŞ vətandaşlığı almaq fikrindəsinizsə, o zaman pasportunuzda "Azadlıq Adası"nı ziyarət edən işarələrdən qurtulmanızı məsləhət görürük.

Lakin burada da Kuba sərhədçilərindən pasporta möhür vurmamağı xahiş edə bilərsiz. Onlar vızanı ayrıca verə bilərlər. Bundan başqa, özünüzlə Kuba suvenirləri aparmaq məsləhət deyil – onları Amerika gömrükçüləri əlinizdən ala bilər, hətta cərimə olunmaq ethimalı da böyükdür. Kubadan ABŞ-a getmək üçün tranzit kimi üçüncü ölkənin ərazisindən - məsələn, Meksikanın Kanunundan istifadə edə bilərsiz.

Bundan başqa, Kubanın ərazisində Amerika bankının kartı və dollarları ilə ödəniş etmək qadağandır – onları da müsadirə edə bilərlər.

Kosovo – Serbiya

Serbiya Kosovonu nəzarətindən çıxmış öz ərazisi kimi hesab edir. Ona görə də Kosovo sərhədçilərinin pasportlara vurduğu möhürləri tanımır. Öncə Kosovo möhürü sərhədçilər tərəfindən ləvğ edilirdi, lakin daha sonra Kosovoya giriş sərhəd qapısının qeyri-qanuni girişi kimi hesab olunmağa başladı və buna görə siz cərimə oluna və hətta ölkədən deportasiya edilə bilərsiniz. Yaranmış vəziyyətdən çıxış yolu üçüncü ölkə vasitəsi ilə Kosovaya girişdir. Siz buraya Çernoqoriya və ya Makedoniya ərazisindən keçə bilərsiz.

Yunan və Türk Kipri

Kipr və onun paytaxtı iki yerə bölünüb: Kipr Yunan Respublikası  Türkiyəyə tabe olunan Şimali Kipri tanımır. Buna görə əgər siz Ercan aeroportuna enmisinizsə szi Kiprin yunan tərəfinə keçməyinizə icazə verilməyəcək. İstisna yalnız Şengen vizası olanlar üçündür. Lakin Kiprin yunan tərəfindən türk tərəfə maneəsiz səyahət edə bilərsiz.

Ukrayna – Krım

2014-ci ildən Ukrayna istisna olmaqla digər ölkələrin vətandaşlarına Ukraynadan Krıma giriş qadağandır. Buna görə sizi cərimə və deportasiya edə bilərlər. Krıma getməyin yeganə variantı ora Rusiya tərəfindən daxil olub o tərəfdən də çıxmaqdır. Lakin Ukrayna belə bir ziyarəti qanunsuz hesab edir və daha sonra siz Ukraynaya getmək istəsəniz öz ərazinisə sizi buraxmaya bilər.

Düzdü, reallıqda turistlərə qarşı belə bir təcrübə olmayıb, lakin buna baxmayaraq  bunu bilməniz vacibdir: Ukrayna qanunlarına görə, siz 8 ilədək həbsxanada keçirmək cəzası ala bilərsiniz.

2015-ci ildən Ukrayna həmçinin “DNR” və “LNR” regionlarına azad girişi məhdudlaşdırıb. Bunun üçün xüsusi buraxılış əldə etmək lazımdır. Xaricilərin üzrlü səbəb olmadan Krıma getməsinə icazə verməyən Ukrayna regiona özəl səfər məqsədi ilə getmək istəyən həm Ukrayna vətandaşlarına, həm xaricilərə buraxılış vərəqəsi verir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır