AZAL sərnişinlərə xəbərdarlıq etdi
17 İYUL
1459

AZAL sərnişinlərə xəbərdarlıq etdi

Yay mövsümü və artan sərnişin sıxlığı ilə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" (AZAL) şirkəti sərnişinlərə xəbərdarlıq edib.  Fins.az xəbər verir ki, əl yükünün ölçüləri (sərnişinlərin təyyarənin salonuna götürə biləcəyi yük) məhduddur. Ölçülər: 55х35х20 sm, icazə verilən maksimum çəki: 10 kq.

"Nəzərinizə çatdırırıq ki, hava limanında qeydiyyat masalarının əməkdaşları yuxarıda göstərilən tələblərə uyğun gəlməyən əl yükünü qeydiyyata alınmış baqaj kimi verməyi tələb edəcəklər".

Aşağıdakı linkdə isə əl yükündə qadağan olunmuş əşyaların siyahısı ilə tanış ola bilərsiniz:

https://www.azal.az/…/…/restricted_items_hand_baggage_az.pdf

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır