Ötən altı ayda Oğuza 5 mindən çox turist gəlib
18 İYUL
596

Ötən altı ayda Oğuza 5 mindən çox turist gəlib

Oğuz rayonu Azərbaycanın zəngin turizm potensialına malik bölgələrindəndir. Son illər rayonda müasir turizm infrastrukturunun yaradılması istiqamətində davamlı tədbirlər həyata keçirilir.

Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin Oğuz rayonu üzrə nümayəndəsi Ulduz Baxışova AZƏRTAC-a bildirib ki, hazırda rayonda 4 turizm istirahət mərkəzi, 6 otel, 20-dən çox ailəvi istirahət mərkəzi fəaliyyət göstərir. Otellərdə bir nəfərin bir günlük qalmaq haqqı 30-40 manat, “AFRA” otelində isə 40-60 manat arasında dəyişir. Baş Daşağıl kəndindəki “Saf təbiət”, Xalxal kəndindəki “Qreland”, Xaçmaz kəndindəki “Təpə yeri”, Oğuz şəhərindəki “Oğuz” istirahət mərkəzlərində, həmçinin son illər istifadəyə verilən “Farel”, “Qızılağac”, “Qaynama”, “Oğuz eli”, “Palma” və digər ailəvi istirahət mərkəzlərində turistlərin istirahəti üçün hər cür şərait yaradılıb.

Regional idarənin təmsilçisinin dediyinə görə, ötən il Oğuza 15 mindən çox turist gəlib. Cari ilin ötən dövründə isə rayona gələn turistlərin sayı 5 mini ötüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır