Antalyaya ən çox kimlər gedir?– AÇIQLAMA
02 AVQUST
716

Antalyaya ən çox kimlər gedir?– AÇIQLAMA

Təkcə iyul ayı ərzində Antalyaya 100 mindən çox rusiyalı turist səfər edib. Turizm.fins.az Rusiyanın Turoperatorlar Assosasiyasına (ATOP-a) istinadən xəbər verir ki, bu il başlayandan 2 milyondan çox rusiyalı Türkiyə istirahət mərkəzlərinə səfər edib. Ümumilikdə isə bu il ərzində Antalyaya müxtəlif ölkələrdən 5 milyon turist səfər edib. Bu da ötən illə müqayisədə 68 % faiz çoxdur. Antalya şəhər meri, Munir Karaoğlu 2017-ci ildə Türkiyəyə 10 milyon turistin gələcəyinin gözlənildiyini qeyd edib. Bu da 2015-ci ilin göstəriciləri ilə eynidir deyə açıqlamada bildirilib. Antalyaya gələn turistlər arasında liderlik ruslara məxsusdur. Türkiyə Otellər Assosasiyasının yaydığı məlumata görə orta hesabla Türkiyədə otel qiymətləri 101.2 avro təşkil edir ki, bu da ötən illə müqayisədə 19.2% çoxdur. İyun ayında Türkiyə otellərində doluluq səviyyəsi 55.3 % faiz olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır