Avropada hava limanlarında qarışıqlıq yaranıb
02 AVQUST
411

Avropada hava limanlarında qarışıqlıq yaranıb

Avropa hava limanlarında ciddi yoxlamalar pasport yoxlamalarında uzun uzadı növbələrin yaranmasına səbəb olub. Turoperatorlar bildirirlər ki, yoxlamalar səbəbindən 2-3 və bəzən 4-5 saat vaxt sərf olunur. Məlumata görə bir turistin pasport yoxlanışından keçməsinə ən azı 3-5 dəqiqə vaxt tələb olunur. Növbələr səbəbindən bir çox turoperatorların Avropa istiqamətində olan transferlərinin vaxtlarında, dəyişiklik etdikləri bildirilir. Növbələrin yaranmasına daha bir səbəb avqustda Avropaya səfər edənlərin pik zaman olması ilə izah olunur. Yoxlamalar zamanı ən çox şengen ölkəsindən olmayan turistlərə sərf olunur. Yeni qaydalara görə artıq Avropaya gələnlər şengen bazası əsasında olan məlumatlar və interpol bazasında yoxlama sistemi ilə yoxlanılırlar. Məlumat üçün bildirək ki, hələ bu növbələr yoxlama sistemində və hər hansı bir kompyuterdə problem yaranmadığı halda belə yaranıb. Dail Mail-nin yaydığı məlumata görə ən pis vəziyyət Palma-de-Malyorka, Lissabon, Madrid, Parisin Orli hava limanında, Amsterdam, Barselon,a Milan və Bryusel hava limanlarında müşahidə olunur.

Artıq aviaşirkətlər hava limanı rəhbərliklərinə öz etirazlarını bildiriblər. Şirkət nümayəndəlikləri hava limanlarının yetərincə işçi heyəti ilə təchiz olunmadıqlarını bildirirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır