Antalyada istirahət etmək nə vaxt daha ucuzdur ?
03 AVQUST
1896

Antalyada istirahət etmək nə vaxt daha ucuzdur ?

Rusiyalı turistlərlə yanaşı azərbaycanlı turistlərin də yayda ən çox üz tutduğu istiqamətlərdən biri də Antalyadır. Yay mövsümündə Türkiyədə yerləşən bu istirahət mərkəzinə dünyanın müxtəlif yerlərindən böyük turist axını müşahidə olunur. Bəs görəsən Antalyada ucuz qiymətə nə vaxt istirahət etmək olar? Fly.az turizm şirkətinin marketing meneceri Sənan Qasımov Turizm.fins.az- açıqlmasında yay mövsümnə yaxın müddətdə ən ucuz qiymətlərin sentyabrda olduğunu bildirdi. Ekspert bunun bir neçə səbəbinin olduğunu qeyd etdi.

Belə ki, Sentyabr ayında istirahəti yay ayları ilə nisbətdə daha aşağı büdcəli hesab etmək olar, bunun bir çox səbəbləri vardır ki, əsasən bu ayda istirahətə gedən şəxslərin digər aylara nisbətdə daha az olması və hava şəraitinin qismən soyuması ilə əlaqədardır. Hazırda Antalya istiqamətinə bir nəfər üçün avqust ayına ən minimal qiymətlər 750 manatdan-dən başlayırsa, bu qiymətlər sentyabr ayı üçün 550-600 manatdan-dən başlayır deyə Sənan Qasımov bildirib. Lakin digər vacib faktoru da qeyd etmək lazımdır ki, səyahət planını son dəqiqəyə saxlamaq heç də doğru addım deyildir, bir neçə ay öncədən səyahət planı qurularsa və otellər, aviabiletlər, turlar alınarsa, hətta sezonun ən qaynar vaxtında belə daha ucuz qiymətlərə istirahət etmək mümkün olur deyə Sənan Qasımov bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır