Naftalanda yeni hotel tikilir
02 AVQUST
599

Naftalanda yeni hotel tikilir

Naftalan şəhərində yeni hotel tikilir. Fins.az xəbər verir ki, bu barədə Naftalan şəhər İcra Hakimiyyətinin 2017-ci ilin birinci yarısında şəhərin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında bildirilib. Məlumata görə, hazırda 10 mərtəbəli, 42 otaqdan ibarət yeni “Avtovağzal Otel” kompleksində tikinti işləri davam etdirilir:"Son illər həm Naftalanın beynəlxalq səviyyəli sanatoriya kurort mərkəzinə çevrilməsi məqsədi ilə kompleks işlər həyata keçirilib, həm də şəhərin bütün infrastrukturunun inkişafına diqqət artırılıb, geniş quruculuq və abadlıq işlərinə başlanılıb və hazırda da bu işlər davam etdirilir".

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır