Bu bölgənin otelləri liderdi – AZƏRBAYCANDA
03 AVQUST
702

Bu bölgənin otelləri liderdi – AZƏRBAYCANDA

Yay mövsümü başlar-başlamaz paytaxt sakinləri yay məzuniyyəti ilə əlaqədər olaraq bölgələrə üz tuturlar. Bununla yanaşı İran və Körfəz ölkələrindən də gələn turistlər paytaxta həm də bölgələrə səfər edərək yerli otellərin qonağı olurlar. Turizm.fins.az ölkədə turist fəallığı ilə əlaqədər olaraq Azərbaycanda otellərin doluluq səviyyəsini öyrənib. Məsələ ilə bağlı Turizm.fins.az-a açıqlama verən Azərbaycan Otellər və Restoranlar Assosasiyasının rəhbəri Samir Dübəndi mayın sonundan iyul ayının 15-nə kimi ölkədə ötellərin doluluq səviyyəsinin 70-80 % olduğunu bildirdi. Samir Dübəndi otellərdə əksər nömrələrin xarici turistlər tərəfindən tutulduğunu qeyd etdi. Assosasiya rəhbəri yay mövsümünün sonuna kimi otellərdə doluluq səviyyəsinin 95-100 % olacağını bildirdi.

Samir Dübəndi qonaqlarının çoxluğuna görə Qəbələ otellərinin ilk pillədə yer aldığını bildirdi. Qeyd edək ki, qonaq sayına görə otelləri sıralasaq ikinci pillədə Quba-Qusar və Xaçmaz otelləri, üçüncü pillədə isə Gəncə -Qazax otelləri qərarlaşıb. Qonaq sarıdan korluq çəkən isə cənub bölgəsinin otelləri olduğu vurğulandı. Lakin son zamanlar İrandan bu ölkəyə avtobus turları ilə turistlərin gəldiyi və bunun nəticəsində bu bölgənin otellərinin Gəncə-Qazaxla, üçüncü pilləni bölüşdürdüyü qeyd olundu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır